Rusiya antitürk köynəklərə parça tapmır (FOTO)

Rusiya antitürk köynəklərə parça tapmır (FOTO)
17:01 12 Dekabr 2015
36 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin Rusiya təyyarəsini vurmasından sonra yaranmış gərginlik geyimlərə də sıçradı. Belə ki, Rusiya üzərində Türkiyəyə qarşı şüarlar olan geyimlər hazırlamağa başlayır.

ANS PRESS-in məlumatına görə, ruslar yeni geyimlərin dizaynını tamamlayıblar. Ancaq istehsala başlaya bilmirlər. Çünki Türkiyə əleyhinə geyimlərin istehsalı üçün parça da məhz Türkiyədən alınır. Yaranmış gərginlikdən sonra Rusiyaya parça ixracı da ləngiyib.

İki ölkə arasında münasibətlərin gərginləşməsinə səbəb olan "Su 24" təyyarəsi noyabrın 24-də Türkiyə-Suriya sərhəddində vurulub. Türkiyənin hava məkanını pozan, 10 dəfə edilən xəbərdarlığa baxmayaraq bu əməlinə davam edən təyyarə vurulmuşdu.

Bu addımdan dərhal sonra başda qida və turizm sektoru olmaqla bir çox sahələrdə sanksiyalar işə düşdü. İki ölkə rəhbərləri bir-birlərini ittiham etməyə başladılar.

Fabriklər arası soyuq savaşın ən parlaq təzahürlərindən biri də tekstil sahəsində yaşanıb. Rusiyalı dizayner Aleksandr Konasov açıqlamasında hazırladıqları geyimləri sataraq pul qazanmaq istəklərinin hələlik arzu olaraq qaldığını deyib.

Onların hazırladıqları geyimlərin üzərlərində prezident Rəcəb Tayyib Ərdoğan, Türkiyə əleyhinə şüarlar var. Hətta birinin üzərində belə yazı olmalıdır: "Türkiyə sahillərinə ehtiyacımız yoxdur. Bizim indi Krımımız və qarşı Soçimiz var".

"Bizim bir neçə antitürk mövzumuz var. Məsələn, pomidorla bağlı və ya "gəlmirəm" yazıları olan geyimlər".

Dizayner Yekatrina Dobryakova da yük daşıyan maşınların sərhəddə qaldığını deyib. "Yaxın zamanda işimizi dayandırmalı olacağıq. Çünki Rusiyada demək olar ki, hamı Türkiyədən parça alır. Yeni alternativimiz yoxdur".




Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=367138

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR