Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Müasir Azərbaycan dövlətinin qorunub saxlanması və inkişafı Heydər Əliyevin adı ilə bağlıdır

Date: 12 December 2015 17:38


Sumqayıt, 12 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC 
Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş silsilə anım tədbirləri Qubadlının idarə, müəssisə və təşkilatlarında, eləcə də rayonun ümumtəhsil məktəblərində qeyd olunub.
AZƏRTAC xəbər verir ki, dekabrın 12-də ümummilli lider Heydər Əliyevin vəfatının 12-ci ildönümü münasibətilə Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə anım mərasimi keçirilib. Əvvəlcə icra hakimiyyətinin foyesində Ulu Öndərin büstü önünə gül dəstələri düzülüb, dahi liderin xatirəsi anılıb.
Sonra tədbir ehsan süfrəsi arxasında davam etdirilib.
Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, onun müasir Azərbaycan dövlətinin qorunub saxlanması və inkişafındakı rolundan danışıb. Bildirilib ki, Ulu Öndər müasir dövlətçilik tariximizdə quruculuq və xilaskarlıq missiyasını layiqincə yerinə yetirib, apardığı uğurlu daxili və xarici siyasət Azərbaycanın inkişafına, dünya dövlətləri arasında öz layiqli yerini tutmasına, regionun lider dövlətinə çevrilməsinə səbəb olub.
Qeyd olunub ki, Azərbaycan xalqının qəlbində əbədiyaşarlıq statusu qazanmış Heydər Əliyevin xatirəsi daim ürəklərdə yaşayacaq. Bu gün Prezident İlham Əliyevin ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya əsasında yürütdüyü siyasət Azərbaycanı işıqlı gələcəyə aparır. Ölkəmiz bütün sahələr üzrə inamla inkişaf edir və getdikcə möhkəmlənir.
M.İsaqov əhalinin sosial vəziyyətinin yaxşılaşdığını qeyd edərək vurğulayıb ki, bu inkişaf məcburi köçkünlərin həyatında da özünü göstərir.
Tədbirdə Əməkdar Müəllim Ədalət Əsədov “Heydər Əliyev və Azərbaycan” mövzusunda məruzə ilə çıxış edib.
Anım tədbirində Ümummilli Liderə həsr olunan şeirlər söylənilib.

Tags:  Müasir Azərbaycan dövlətinin qorunub saxlanması inkişafı Heydər Əliyevin adı bağlıdır


RƏYLƏR


Top news