Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dünyanın görkəmli siyasi xadimləri arasında Heydər Əliyevin xüsusi yeri var

Date: 12 December 2015 17:53


Brüssel, 12 dekabr, AZƏRTAC
Azərbaycanın Belçika və Lüksemburqdakı səfirliyi, Avropa İttifaqı və NATO yanında daimi nümayəndəlikləri, yerli diaspor təşkilatlarının iştirakı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan anım mərasimi təşkil edilib.
Mərasimdə çıxış edən səfir Fuad İsgəndərov Heydər Əliyevin dünyanın görkəmli siyasi xadimləri arasında xüsusi yeri və çəkisi olduğunu bildirib. O, bugünkü güclü Azərbaycanın Heydər Əliyevin şah əsəri olduğunu, Ümummilli Liderin əsasını qoyduğu daxili və xarici siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, ölkəmizin qısa zamanda sürətlə inkişaf etdiyini və Cənubi Qafqaz regionunda lider dövlətə çevrildiyini vurğulayıb.
Azərbaycanın NATO yanında daimi nümayəndəsi Xəzər İbrahim ölkəmizin müstəqilliyinin Heydər Əliyev tərəfindən qorunub saxlandığını və möhkəmləndirildiyini bildirib, Azərbaycanın dünyada tanınmasında onun əvəzolunmaz rolu olduğunu diqqətə çatdırıb.
Mərasimin sonunda yeni yaradılmış ECAF (European Centre of Azerbaijani Friends) təşkilatının dəstəyi ilə ilk dəfə flamand dilində dərc edilmiş, tanınmış tədqiqatçı Cək Kroesin müəllifi olduğu Azərbaycan haqqında kitabın təqdimatı keçirilib. Təqdimatın məhz Ümummilli Liderin anım günündə təşkil edildiyini vurğulayan səfir Fuad İsgəndərov Heydər Əliyev kimi tarixi şəxsiyyətin irsi barədə bir çox dünya xalqlarının məlumatlı olduğunu bildirib. O, Ulu Öndərin şah əsəri olan müasir Azərbaycan haqqında müfəssəl məlumatlardan artıq flamand və holland oxucularının da bəhrələnə biləcəklərini qeyd edib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel

Tags:  Dünyanın görkəmli siyasi xadimləri arasında Heydər Əliyevin xüsusi yeri var


RƏYLƏR


Top news