Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti müsbət nəticələr verməkdədir

18:13 12 Dekabr 2015
14 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 dekabr, AZƏRTAC
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti bu gün də öz müsbət nəticələrini verməkdədir. Ulu Öndər gənclərin ictimai-siyasi həyatda fəal iştirakına, onların sosial problemlərinin həllinə, yüksək səviyyədə təhsil almalarına, asudə vaxtlarını səmərəli keçirmələrinə, hüquqlarının müdafiəsinə, ümumiyyətlə gənclərin hərtərəfli inkişafına daim diqqət və qayğı göstərib.
Bu sözləri dekabrın 12-də ümummilli lider Heydər Əliyevin xatirəsini yad etmək üçün Fəxri xiyabana gələn “Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda” Cəmiyyətin əməkdaşı Cavid Rəhimov AZƏRTAC-a müsahibəsində söyləyib.
C.Rəhimov deyib ki, Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olub. Bu siyasətin banisi isə xalqımızın ümummilli lideri Heydər Əliyevdir. Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli mənəvi dəyərlər, müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olub.
Qeyd edilib ki, böyük dövlət xadim, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin zəngin həyatı və çoxşaxəli siyasi fəaliyyəti gənclər üçün örnəkdir. Həyatı boyu, respublikaya rəhbərliyinin bütün dövrlərində Ulu Öndər sağlam, normal gəncliyin, bu dövlətə sahib dura biləcək gənc nəslin yetişməsinə xidmət edib. Ümummilli Liderimiz həmişə gənclərimizə böyük ümidlər bəsləyib. Mən də bir Azərbaycan gənci olaraq bu gün Fəxri xiyabana gəlib ulu öndər Heydər Əliyevin məzarını ziyarət etməyi özümə borc bilirəm.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ulu_onder_Heyder_Aliyevin_esasini_qoydugu_gencler_siyaseti_musbet_neticeler_vermekdedir-910764

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR