Heydər Əliyev dünyanın ən böyük insanları arasında yer tutur

Heydər Əliyev dünyanın ən böyük insanları arasında yer tutur
18:38 12 Dekabr 2015
37 Digər
Ölkə mətbuatı
A- A+

Moskvada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevi yad edirlər
Moskva, 12 dekabr, AZƏRTAC
Moskvada Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin anım gecəsi keçirilib.
Tanınmış siyasətçilər, mədəniyyət xadimləri, Ulu Öndərin məsləkdaşları və sadəcə onu tanıyan, ona heyran olan və onu xatırlayan insanlar Azərbaycanın Rusiyadakı səfirliyində toplaşmışdı. Bu adamların hər biri Azərbaycan xalqının Ümummilli Lideri haqqında xatirələrini bölüşüblər.
RF Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy:
-Hər il bu dekabr günlərində biz Heydər Əliyevi – qeyri-adi müdrikliyi, dərin analitik zəkası ilə seçilən, keçmiş Sovet İttifaqı məkanındakı bütün ölkələr üçün çox işlər görmüş insanı yad edirik. Ən başlıcası, o, Azərbaycanın taleyində xüsusi tarixi rol oynayıb. Əminəm ki, Azərbaycanın müstəqilliyi məhz onun iradəsi sayəsində, 90-cı illərin əvvəlində Azərbaycanda baş verən daxili siyasi proseslərə və Cənubi Qafqazda, habelə regionun hüdudlarından kənarda baş verən geosiyasi proseslərə verdiyi düzgün qiymət sayəsində təmin edilib. Əgər Heydər Əliyev olmasaydı, son iyirmi beş ildə Azərbaycanın taleyi başqa cür olardı. Böyük xoşbəxtlikdir ki, bu insan olub, böyük xoşbəxtlikdir ki, bizim onunla ünsiyyət saxlamaq və ondan çox şey öyrənmək imkanımız olub.
RF Dövlət Dumasının MDB məsələləri, Avrasiya İnteqrasiyası və Həmvətənlərlə Əlaqələr Komitəsinin sədri Leonid Slutski:
-Onun yenidən yaratdığı dövlət bu gün haqlı olaraq ən firavan dövlətlərdən biri adlanır. 1990-cı ilin yanvar ayında Azərbaycanda baş vermiş dəhşətli hadisələrdən sonra yaranmış vəziyyət fonunda o, möhkəm, güclü, sistemli dövlət qurmağa, inkişaf etməkdə olan iqtisadiyyat yaratmağa nail oldu. Bütün bunlar yaradıldı, özü də elə yaradıldı ki, o dövrdə Azərbaycanda yaşayan hər kəs Azərbaycan xalqının ümummilli liderinə minnətdar idi. Bu gün İlham Əliyev öz dahi atasının işini layiqincə davam etdirir.
Bizim ortaq tariximizdə problemli məsələlər çox olub və Azərbaycanda bu problemlər uğurla həll edilib. Bu gün Azərbaycan iqtisadiyyatı enerji təchizatı baxımından müstəqildir. Bu gün Azərbaycan – iqtisadiyyatında profisit müşahidə olunan gözəl, güclü, çiçəklənən ölkədir. Milli Məclisə son seçkilər əyani şəkildə göstərdi ki, Azərbaycan xalqının ölkə rəhbərliyinə etimadı çox yüksəkdir. İlham Heydər oğlu öz atasının işini davam etdirir. Bu gün biz Azərbaycanın bu böyük oğlunun xatirəsinə ehtiramımzı bildirməklə başa düşürük ki, bizim aramızda öz nüfuzu sayəsində xalqına xidmət etmək, bu gün hamımızın gözü qarşısında Azərbaycanda baş verən möcüzəni həyata keçirmək üçün hər addıma hazır olan insanlar var.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu:
-Bu zalda Moskvada Heydər Əliyevlə işləmiş insanlar var. Onlar Heydər Əliyevin köməkçiləri olub, onun yanında olublar. O dövrdə qəbul edilmiş təbirlə desək, hər hansı fövqəladə hadisə baş verdikdə, yaxud, məsələn, Baykal-Amur Magistralının (BAM) tikintisini başa çatdırmaq lazım olanda onu ən məsul sahələrə göndərirdilər. Heydər Əliyev SSRİ-nin 18-dən çox nazirlik və idarəsinə kuratorluq edirdi. Yəqin ki, bu rəqəmin özü çox şeydən xəbər verir.
SSRİ dağılandan sonra suveren Azərbaycan yarananda, xüsusən müstəqilliyin ilk illərində bizim işlərimiz, açıq deyirəm, o qədər də yaxşı getmirdi. Yaranmış vəziyyətdən başqa çıxış yolu olmadığını başa düşən xalqın, ziyalıların nümayəndələri Naxçıvana getdilər və Heydər Əliyevdən respublika rəhbərliyinə qayıtmasını xahiş etdilər. Həqiqətən, 1993-cü ilin iyul ayında onun qayıdışından sonra böyük çətinliklə də olsa, vəziyyət tədricən düzəlməyə başladı. Çünki Heydər Əliyevin iş üslubu məhz böyük təcrübə, böyük nüfuz, insanlarla işləmək bacarığı, ən mürəkkəb vəziyyəti “nizamlamaq” bacarığı, uzaqgörənlik, hadisələri qabaqcadan sezmək bacarığı ilə fərqlənirdi.
Yəqin ki, mənim özümün də bəxtim çox gətirib, çünki vaxtilə, Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi olan dövrdə mən yaradıcılığımda pillə-pillə irəliləmişəm. Heydər Əliyevin hökumətində mən 10 il mədəniyyət naziri olmuşam. Demək istəyirəm ki, bu, dünyanın heç bir universitetində verilməyən bir diplomdur. Bu, Heydər Əliyevlə iş diplomudur. Suveren, müstəqil Azərbaycanın təşəkkülündə Heydər Əlirza oğlu Əliyevin rolu bu gün, zaman keçdikcə, illər keçdikcə daha aydın, daha aşkar görünür.
İndi dünyada lider qıtlığıdır. Bu gün dünyada belə qətiyyətli, eyni zamanda müdrik, ağıllı, vəziyyətin hər gün son xəbərlərə baxarkən gördüyümüz həddə çatmasının qarşısını ala biləcək insanların çatışmaması aşkar hiss olunur. Ona görə də Heydər Əliyev haqqında keçmiş zamanda danışmaq istəmirəm. Çünki insan xatırlanırsa, demək, o sağdır, Heydər Əliyevin xatirəsi isə dünyada azərbaycanlılar deyilən millət qaldıqca yaşayacaq.
O, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini və Sov İKP MK Siyasi Bürosunun üzvü kimi SSRİ-nin inkişafı üçün çıx iş görüb. Bu insan dövlətçilik sisteminə, dövlətlər arasında qarşılıqlı münasibətlər sisteminə daxildən bələd idi. Təbii ki, o, respublika rəhbərliyinə qayıdandan dərhal sonra RF ilə münasibətlərin tənzimlənməsi ilə məşğul oldu. Bu iş uğurla başa çatdı, Azərbaycan ilə Rusiya arasında dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında sanballı müqavilə imzalandı. 2001-ci ildə bizim münasibətlərin inkişafında yeni mərhələ başlandı – o vaxt artıq RF-nin Prezidenti olan Vladimir Putin Azərbaycana birinci dəfə dövlət səfərinə gəldi. Bu səfər bizim qarşılıqlı münasibətlərin çıxış nöqtəsi kimi iki ölkə arasında qarşılıqlı münasibətləri yeni səviyyəyə qaldırdı, çünki o vaxta qədər RF rəhbərləri Azərbaycana dövlət səfəri səviyyəsində gəlməmişdi. Bundan əlavə, Vladimir Putinlə Heydər Əliyevin şəxsi münasibətləri ölkələrimiz arasında qarşılıqlı münasibətləri dərhal yeni, daha yüksək səviyyəyə qaldırmağa imkan verdi. İndi Azərbaycan Prezidenti İlham Əliyev bu yolu davam etdirir. O, həm Rusiya Prezidenti ilə özünün qarşılıqlı münasibətlərində, həm ikitərəfli, çoxtərəfli münasibətlərdə, həm də regiona münasibətdə RF ilə bizim qarşılıqlı əlaqələrimizə çox diqqətlə yanaşır.
Rusiya Neft-Qaz Sənayesi İşçiləri İttifaqının prezidenti Gennadi Şmal:
-Bu gün bizim ölkənin ərazisinin 60 faizi şimal əraziləridir. Lakin təəssüf ki, bu gün bizim şimal üçün münasib texnikamız yoxdur. O vaxt da yox idi. Bu səbəbdən, vaqonlar gələndə onlar günlərlə dayanırdı, çünki boruları boşaltmaq mümkün deyildi, kranların boru düzən hissələri, sanki ağacdan hazırlanmış kimi, qırılıb tökülürdü. Bu işi yalnız Yaponiyada istehsal edilən texnikanın köməyi ilə görmək mümkün idi. Lakin deməliyəm ki, biz vaqonların dövriyyəsi ilə, onların boşaldılması ilə bağlı problemlərin 95 faizini həll etməyə nail olduq. Əlbəttə, bu məsələdə Heydər Əliyevin böyük xidmətləri vardı. Təəssüf ki, o, bizdə dövlət xidmətindən çox tez getdi. Mən əminəm ki, onun potensialından tam istifadə edilmədi. Sonralar, Heydər Əliyev pensiyada olanda onunla görüşürdüm. Bilirsinizmi, mən ondan bircə dəfə də olsa, inciklik bildirən bir söz eşitmədim. O vaxt onun SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən çıxarılması ədalətsizlik idi, o, heç kimə qarşı iddia irəli sürmürdü, özünü əsl kişi kimi aparırdı. Çox müdrik, maraqlı, yaxşı insan idi. Ümumiyyətlə, mənim nəzərimdə Azərbaycan iki insanın adı ilə təcəssüm olunur: Heydər Əliyev və mənim dostum Fərman Salmanov. Güman edirəm ki, bu sözlər Heydər Əliyevə bütünlüklə aid edilə bilər: qoy insanlar sevinsinlər ki, dünyada bəşər övladının bu cür heyrətamiz bəzəyi olub.
Rusiyanın Əməkdar Rəssamı Nikas Safronov:
-Mənim üçün Heydər Əliyevin adı Azərbaycana və onun xalqına hörmət, heyranlıq, sevgi rəmzidir. Onun vasitəsilə mən Azərbaycanı başqa cür görmüşəm. Mənim üçün o, dünyanı tamam dəyişmiş, Azərbaycanın yüksəlişinin təməlini qoymuş böyük rəssamdır. Rusiya Azərbaycanla dostluğa görə fəxr edir. Özümü Azərbaycanın və Heydər Əliyevin dostu adlandırmaq mənim üçün şərəfdir. Onunla hər görüşümü xatırlayıram. Bu insanla istənilən məsələ barədə söhbət etmək, mübahisə etmək olardı. O, nəsillərin yaddaşında qalacaq, onun sözləri dildən-dilə düşəcək. Allah eləsin ki, dünyamız salamat olsun, onda Heydər Əliyev tarixdə dünyanın ən böyük insanları sırasında öz yerini tutacaq.
1980-2001-ci illərdə beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti olmuş Xuan Antonio Samarançın müşaviri Alberto Kintana:
-1984-cü ildə Los-Ancelesdə XIII Yay Olimpiya Oyunları keçirilirdi. SSRİ bu Oyunları boykot etməyi qərara almışdı. Bununla əlaqədar, BOK-un ovaxtkı prezidenti Xuan Antonio Samaranç SSRİ rəhbərliyini beynəlxalq olimpiya hərəkatını möhkəmlətmək lazım olduğuna inandırmaq üçün Moskvaya gəlmişdi. Lakin keçmiş Sovet İttifaqının yüksək vəzifəli şəxslərindən heç kəs onu qəbul etmədi. Bundan kədərlənmiş Samaranç artıq geri qayıtmağa hazırlaşan məqamda o vaxt SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işləyən Heydər Əliyev öz təşəbbüsü ilə onu qəbul etdi. Onların görüşü çox yaxşı keçdi. Əlbəttə, Heydər Əliyev SSRİ rəhbərliyinin Olimpiadada iştirak etməmək barədə qərarını dəyişdirə bilmədi, lakin onun xeyirxah və səmimi mövqeyi münasibətlərdə yaranmış gərginliyi aradan qaldırdı. Samaranç sonralar bu görüşü tez-tez, həm də böyük minnətdarlıq hissi ilə xatırlayırdı.
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin patofiziologiya kafedrasının müdiri, professor Pyotr Litvitski:
-Mənə Heydər Əliyevlə görüşmək, onunla ünsiyyət saxlamaq xoşbəxtliyi nəsib olub. Şadam ki, biz onun ideyalarını reallaşdırmaq məqsədi ilə Bakıda İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialını açmışıq.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin






OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Tanınmış bəstəkar kövrəldi: "Ailəmdəki itkiylə bağlı 5 ildir ki, heç bir bayram keçirmirəm" - FOTO

29 Mart 2017 21:12

Millimizin daha bir üzvü "Bursaspor"da - RƏSMİ

29 Mart 2017 21:07

Toy gecəsi yaranan problemlər - "Qorxu bəzən o qədər çox olur ki..."

29 Mart 2017 21:05

Evdə partlayış oldu: qadın yaralandı

29 Mart 2017 21:04

"Bir qutu siqaret alın uşağımın beynini dağıtdığım yeri sizə göstərim" - 7 yaşlı uşağını öldürən ata

29 Mart 2017 20:57

Şəmkirdə yaşayış evində partlayış - Xəsarət alan var

29 Mart 2017 20:57

"Vucudum belədir, kimsəyə ehtiyacım yoxdur" - FOTO

29 Mart 2017 20:57

Əsəd rejimi Dəməşqi bombaladı

29 Mart 2017 20:54

Dünənki yanğın aparıcının evini yararsız hala saldı

29 Mart 2017 20:53

Tanınmışlar İnstagram-da bunları paylaşdılar - FOTO

29 Mart 2017 20:52

"Allahım, məni ədəbli görünüb, ədəbi olmayandan uzaq tut" - Fatimə

29 Mart 2017 20:47

Azərbaycan millisinin üzvü “Bursaspor”a keçdi

29 Mart 2017 20:44

84 yaşlı kişi həyətdə özünü asdı

29 Mart 2017 20:43

17 yaşlı qızı meşəyə aparıb zorladı - Cəzası AĞIR OLDU

29 Mart 2017 20:42

"Barselona" sabiq oyunçusunu geri qaytarır

29 Mart 2017 20:38

Ona "trans" deyən dostunu bıçaqladı - "Mən ona dalağımı, böyrəyimi, hər şeyimi verərəm"

29 Mart 2017 20:37

DİQQƏT: "Galaxy S8" gəlir

29 Mart 2017 20:32

Hakan Hadisə ilə deyil, bacısı ilə sevgili imiş

29 Mart 2017 20:27

Kiralıq ər axtarırlar - FOTO

29 Mart 2017 20:22

Şamaxıda torpaq sürüşməsi yenidən aktivləşib –

29 Mart 2017 20:20

Əli İnsanovun məhkəməsinin vaxtı açıqlandı

29 Mart 2017 20:19

Putinlə Tramp nə vaxt görüşəcək?

29 Mart 2017 20:18

Azərbaycanlı model adada belə dincəlir - FOTO

29 Mart 2017 20:17

Şamaxıda torpaq sürüşmə yenidən aktivləşdi

29 Mart 2017 20:14

Güneldən nişanlısına ismarıc: "Gücünü yalnız sizə sərf edən…"

29 Mart 2017 20:12

Elnur Nağızadənin fotosu "Axtarışda olanlar"ın siyahısında - FOTO

29 Mart 2017 20:05

"Dünya iqtisadiyyatı keyfiyyət artımına yönəlməlidir, Azərbaycan da artıq bu yolda addımlayır"

29 Mart 2017 20:05

Qarabağ üçün GİZLİ SAZİŞ, o ərazilər AZƏRBAYCANA... - GÜNÜN SİYASİ XÜLASƏSİ

29 Mart 2017 20:03

Tanınmış teleaparıcının evinə yanğından güclü ziyan dəydi: "Evim su içindədir..." - FOTO

29 Mart 2017 19:57

Sevil və Sevincin bahalı maşını - FOTO

29 Mart 2017 19:57

Xaricdə uğur qazanmış azərbaycanlı gənclər -

29 Mart 2017 19:56

Məşhur aparıcıların gəlirləri: Sponsordan faiz alan, həyat yoldaşı dəstəkləyən, gizlədən… - FOTO

29 Mart 2017 19:52

Dağıstanda Azərbaycandan yük daşıyan TIR-ları niyə saxlayırlar? - FOTO

29 Mart 2017 19:52

Günü-gündən arıqlayan Lalədən yeni FOTOlar

29 Mart 2017 19:47

Sərnişinin həyatını xilas edən sürücü MÜKAFATLANDIRILDI - FOTO/VİDEO

29 Mart 2017 19:43

Putinlə Trampın görüşəcəyi vaxtı Lavrov AÇIQLADI

29 Mart 2017 19:42

"Nəyə görə minlərlə insanın əmanətini 1 ildən çox həbs altında saxlamalıyıq?"

29 Mart 2017 19:42

Ferrarinin cəsədini oğurlayarkən yaxalandılar

29 Mart 2017 19:38

Türkiyəli atletlərin olimpiya medalları alındı - ŞOK QƏRAR

29 Mart 2017 19:34

Trenajor zalında FACİƏVİ OLAY - İdmançının ayağı qırıldı

29 Mart 2017 19:32

Bred Pit və Ancelina Coli gizli görüşür

29 Mart 2017 19:32

Könülə brilliant üzük bağışladılar - FOTO

29 Mart 2017 19:27

Selfi çəkmək istəyəndə həlak oldular

29 Mart 2017 19:27

Futbolçulara viaqra içirdib meydana buraxdılar

29 Mart 2017 19:22

Aleksis Sançez tarixə düşməyə yaxındır

29 Mart 2017 19:17

İtaliya mediası Bakıdan yazdı

29 Mart 2017 19:13

ABŞ-da Konqres binası yaxınlığında silahlı insident baş verib

29 Mart 2017 19:13

Məşhur tenniçsi qadın çimərlikdə - FOTO

29 Mart 2017 19:12

“Lokomotiv” Azərbaycan çempionu oldu

29 Mart 2017 19:07

Məşhur "rəqs edən milyonçu" Canluka Vakki Bakıya gəlir - FOTO

29 Mart 2017 19:05