Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Baba Səmədov: “Ulu Öndər Azərbaycanın xilaskarı kimi qəlbimdə hər zaman yaşayacaq”

Baba Səmədov: “Ulu Öndər Azərbaycanın xilaskarı kimi qəlbimdə hər zaman yaşayacaq”

Date: 12 December 2015 18:48


Şəki, 12 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Ümummilli lider Heydər Əliyev dünya şöhrətli siyasətçi, Azərbaycanın xilaskarı, eyni zamanda, xalqımızın ağsaqqalı, el atası kimi qəlbimdə hər zaman yaşayacaq.
Bu sözləri Şəki rayonunun Turan qəsəbəsindəki keçmiş taxılçılıq sovxozunun mexanizatoru, Sosialist Əməyi Qəhrəmanı Baba Səmədov Ulu Öndərin vəfatının ildönümü ilə əlaqədar Şəkidə keçirilən anım tədbiri zamanı AZƏRTAC-a müsahibəsində deyib.
Ulu Öndərlə ilk dəfə 1975-ci ildə Mərkəzi Komitədə görüşdüyünü bildirən Baba Səmədov həmin görüşü belə xatırlayır: “Görüşdə Azərbaycan Respublikasının Ali Sovetinə deputatlığa 15 namizəd iştirak edirdi. Müxtəlif peşə sahibləri idik. Heydər Əliyev hər birimizlə təkbətək görüşdü. Sonra şəxsi işlərimizi gözdən keçirdi. Növbə mənə çatanda Şəkidə taxılın vəziyyəti ilə maraqlandı. Dedim ki, vəziyyət yaxşıdır, ancaq yağış yağsa daha da yaxşı olacaq. Gülüb dedi ki, narahat olma, zəng edib öyrənmişəm, Şəkiyə də yağış yağır. Bir həftə sonra öyrəndim ki, mənim də adım namizədlər sırasındadır”.
Həmin görüşdən sonra Baba Səmədov dalbadal 3 dəfə Azərbaycan Respublikasının Ali Sovetinə deputat, eyni zamanda, Mərkəzi Komitəyə üzv seçilib, sovetlər dönəmində Kommunist Partiyasının XXV, XXVI və XXVII qurultaylarında iştirak edib. O, 1972-ci ildə Lenin ordeninə, 1978-ci ildə isə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb.
Həmin illərdə Baba Səmədov Ulu Öndərlə müxtəlif tədbirlərdə dəfələrlə görüşüb. Əmək qəhrəmanının Heydər Əliyevlə sonuncu görüşü isə 1992-ci ildə Naxçıvan şəhərində olub. Yeni Azərbaycan Partiyasının təsis konfransında çıxış edən Baba Səmədov Azərbaycanı başının üstünü alan qara buludlardan yalnız dünya şöhrətli siyasətçi Heydər Əliyevin xilas edə biləcəyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Baba Səmədov müsahibəsində Ulu Öndərin əziz və nurlu xatirəsinin qədirbilən xalqımızın qəlbində əbədi yaşayacağını xüsusi vurğulayıb.

Tags:  Baba Səmədov Ulu Öndər Azərbaycanın xilaskarı kimi qəlbimdə hər zaman yaşayacaq


RƏYLƏR


Top news