Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Azərbaycan Xalça Muzeyində Ulu Öndərin xatirəsi anılıb

Azərbaycan Xalça Muzeyində Ulu Öndərin xatirəsi anılıb

Date: 12 December 2015 18:53


Bakı, 12 dekabr, AZƏRTAC
Tarix sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı və siyasi iradəsi mənsub olduğu xalqın həyatında əvəzedilməz rola malikdir. Xalqının tarix səhnəsində mühüm yer almasına səbəb olan ulu öndər Heydər Əliyev belə şəxsiyyətlərdəndir. Onun ən böyük xidmətlərindən biri milli-mədəni və mənəvi irsimizin qorunub saxlanmasına fədakarlıqla yanaşması olub.
Bu fikirlər Azərbaycan Xalça Muzeyində ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş tədbirdə sələnib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbirdə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Muzeyin direktoru Röya Tağıyeva Heydər Əliyevin mədəniyyətimizə, xüsusən də, qədim xalça sənətimizə göstərdiyi diqqət və qayğıdan danışıb.
Tədbirdə çıxış edənlər Ulu Öndərin muzeydə keçirilən yubiley və digər tədbirlərdə iştirakından söz açıblar.
Sonda ulu öndər Heydər Əliyevdən bəhs edən sənədli film nümayiş etdirilib.




Tags:  Azərbaycan Xalça Muzeyində Ulu Öndərin xatirəsi anılıb


RƏYLƏR


Top news