Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Səfirliyə hücum: ölü və yaralılar var

Səfirliyə hücum: ölü və yaralılar var

İstanbulda QORXULU ANLAR: Kafeni güllə-baran etdilər, yaralılar var (21 Fevral 2017 00:13)
Türkiyə səfirliyinə hücum olundu (15 Fevral 2017 19:48)
Türkiyə səfirliyinə hücum edildi (15 Fevral 2017 19:32)

Tarix: 12 Dekabr 2015 19:36

Əfqanıstanın paytaxtı Kabildə terror aktı törədilib. İspaniya səfirliyi qarşısında avtomobilə qoyulmuş bombanın partlaması nəticəsində 7 nəfər həyatını itirib.

ANS PRESS-in məlumatına görə, bu barədə "Associated Press" agentliyi məlumat yayıb. Məlumata görə, Əfqanıstanın daxili işlər nazirliyinin nümayəndəsi bildirib ki, partlayış zamanı 5 polis əməkdaşı və iki əcnəbi vətəndaş həlak olub. İspaniya daxili işlər nazirliyi isə hadisədən sonra yaydığı açıqlamada xəsarət alan polislərdən daha ikisinin həlak olması barədə məlumat yayıb.

Daxili işlər nazirliyinin nümayəndəsi onu da əlavə edib ki, yeddi sakin və iki polis əməkdaşı da xəsarət alıb. O qeyd edib ki, partlayış zamanı aparılan əməliyyatlarda 12 xarici vətəndaş xilas edilib.

Əfqanıstan polisi bundan əvvəl də İspaniya səfirliyinin yaxınlığında qonaq evinə edilən basqın zamanı yaraqlıların hamısının məhv edilməsi barədə məlumat verib.

Baş verən partlayışa görə, məsuliyyəti "Taliban" hərəkatı öz üzərinə götürüb.

Bundan əlavə, Suriyada partlayıcı maddə dolu maşının partladılması nəticəsində ilkin məlumatlara görə, 15 nəfər vəfat edib, 30 nəfər yaralanıb.

Yerli mənbələrin verdiyi məlumata görə, Homs şəhərində Əz-Zəhra məhəlləsində olan "Əl-Əhli" xəstəxanası yaxınlığında baş verən hadisədə ölü və yaralıların sayının artacağı istisna edilmir.


Suriyadakı əl-Əhli xəstəxanası

Teqlər:  Səfirliyə hücum ölü yaralılar var



RƏYLƏR


Top xəbərlər