Valideynlər, DİQQƏT! Uşaq bezləri sonsuzluq yarada bilər

Valideynlər, DİQQƏT! Uşaq bezləri sonsuzluq yarada bilər
19:42 12 Dekabr 2015
67 Digər
Ölkə mətbuatı
A- A+

Sünnət üçün ən uyğun yaş: Oğlu olan valideynlər, DİQQƏT - VİDEO (07 May 2017 21:32)
Süni mayalanmanı qaçılmaz edən (16 Aprel 2017 10:02)
Sonsuzluq yaradan gigiyenik qadın bezləri haqqında BİLMƏDİYİNİZ FAKTLAR (04 Aprel 2017 15:48)

Müasirləşən dünyada həyatımıza sürətlə daxil olan bir çox yeniliklər var ki, onlardan da biri uşaq bezləridir. "Bu bezlər olmasa, körpələri saxlamaq necə çətin olardı", - deyə valideynlər dəfələrlə dilə gətirirlər. Adətən keçmişdə hər bir şeyin indikindən daha yaxşı olduğunu söyləyən yaşlı nəslin nümayəndələri "Eh, bez olandan sonra uşaq saxlamağa nə var ki..." - deyərək, hətta qibtə hisslərini gizlətmirlər.
 
Hazırda bütün dünyada körpələr üçün gündəlik uşaq bezlərindən istifadə edilir. Çünki körpənin dərisini daha quru saxlayır, istifadəsi rahat və asan başa gəlir, bir sözlə, anaları xeyli əziyyətdən azad edir. Amma bununla belə, illərdir uşaq bezlərinin zərərləri ilə bağlı müzakirələr də səngimək bilmir. Hətta bu bezlərdən istifadənin gələcəkdə ciddi problemlər yaradacağı söylənilir.
  
Məlumat üçün bildirək ki, uşaq bezlərinin yaranması XX əsrin ortalarından başlayır. Belə ki, üç nəvəsinə baxmalı olan kimyaçı-texnoloq Viktor Milz güclü sorma təbəqə hazırlayıb uşağın alt paltarına bağlayır. Daha sonra bezlər daha da təkmilləşdirilərək, kütləvi şəkildə 1961-ci ildən istifadəçilərin ixtiyarına verilir. Hazırda bir quru bezin çəkisi 50 qramdır. Ölkəmizdə ölçüsünə görə, məhsulun bir ədədi 15-20 qəpiyə təklif olunur.   
 
Milli.Az lent.az-a istinadən bildirir ki,  pediatr Günay Rəsulovanın sözlərinə görə, uşaq bezlərindən istifadə zamanı valideynlər diqqətli olmalıdırlar. Çünki bu vasitənin təlimata uyğun istifadə olunmaması və gərək olmadığı hallarda da uşaqlara taxılması gələcəkdə onların sağlamlığına ciddi problemlər yarada bilər: "Körpələrə ən gec 2 yaşına qədər bez taxmaq olar. Bundan sonra yavaş-yavaş tərgitmək lazımdır. Uşaqlara hər zaman bir ölçü böyük bez geyindirmək vacibdir. Xüsusilə də oğlan uşaqlarında qan damarlarının sıxılması nəticəsində xayaların qanla qidalanması çətinləşir və bu, onlarda xaya hidropsuna, yəni su yığılmasına gətirib çıxarır. Xayalarda kiçilmələr baş verir və bunun da nəticəsi sonsuzluq ola bilər".
 
Pediatrın sözlərinə görə, mütəmadi şəkildə uşaqlara bezlərin taxılması onlarda böyrək, yaxud sidik yolları ilə bağlı problemləri izləməkdə çətinlik yaradır: "Yəni, uşaq daim bezdə olduğu üçün onda olan iltihabi prosesləri görmək olmur. Bezlərdən uyğunsuz zamanda istifadə bəzən gec sünnət edilən oğlan uşaqlarında simos, parasimos kimi infeksiyalara səbəb olur. Həmçinin, qızlarda da sidik yollarının, sidik kisəsinin iltihabi prosesini yaradan səbəblərdəndir".
 
G.Rəsulova vurğuladı ki, bəzən valideynlər gərək olmadığı halda da gecə uşaqları bezlə yatırırlar: "Bu zaman enterebiot, yəni qıl qurd deyilən infeksiya yoluxmuş uşaqda daha da artır. Uşaq yatarkən dişi qıl qurd anusdan bayıra çıxır və onun ətrafında 1000-dən artıq yumurta qoyur. Bezin arasında qalan yumurtalar canlanaraq orqanizmə toksiki maddələr buraxır".
 
Həkim uşaqlara bezi tərgitmək üçün isti ayları tövsiyə edir: "Çalışmaq lazımdır ki, körpənin dərisi daha çox hava görsün. Bezlərdən istifadə edən uşaqlarda kontakt dermatitin yaranmasına çox sıx rastlanır. Yəni uşağın dərisi qıcıq, bişməcə olur. Xüsusilə dərisi həssas uşaqlarda bu problem daha çox yaranır. Bəzən bu bezlər sintetik materialdan hazırlanır ki, bunun da fəsadları çoxdur. Valideynlər bu problemlərlə qarşılaşmamaq üçün daha keyfiyyətli məhsuldan istifadə etməlidirlər". 
 
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da məlumat verir ki, hazırda satışda keyfiyyətsiz uşaq bezləri var: "2 il öncə ölkənin iri ticarət mərkəzlərinin birindən külli miqdarda keyfiyyətsiz uşaq bezlərini satışdan yığışdırdıq. Amma hazırda da istehlakçılardan bu məsələ ilə bağlı müraciətlər alırıq. Düşünürəm ki, problemin bir neçə həll yolu var. Bu işlə məşğul olan rəsmi distribütorlar keyfiyyətsiz məhsulun satışdan yığışdırılmasında maraqlı olmalıdırlar. Əgər onlar bu işdə aktivlik göstərmirlərsə, deməli, xarici partnyorlarını aldadaraq, saxta malın satışda olmasına göz yumurlar. Burada dövlətin antiinhisar siyasətinin, əlaqədar qurumların, medianın işi də böyük fayda verər".
 
Görünən isə odur ki, yuxarıda sadalanan problemlərdən əsaslı çıxış yolu körpələrə tualet vərdişinin mümkün olduğu qədər tez öyrədilməsidir. Dünya Pediatrlar Assosiasiyası tərəfindən uşaqları 2-3 yaş arası güvəcə alışdırmaq məsləhət görülür. Ümumiyyətlə, bu, hər bir uşağın fiziki və psixoloji baxımdan hazır olması ilə bağlıdır. Mütəxəssislər bildirir ki, 12 aya qədər heç bir uşaq ayaqyolu ehtiyacını istəkli olaraq idarə edə bilmir. 12-18 aylarda isə çox azı idarə edə bilər. Bir çox uşaq 18-24 aylarda buna hazır, bəzilərisə 30 ayında belə hazır olmaya bilər. Uşağın tualetdən istifadəyə hazır olub-olmadığını onu müşahidə edərək anlamaq mümkündür. Əgər uşaqların altı gündüzlər 2 saatdan artıq və yatarkən quru qalırsa, üz ifadəsi, hərəkətləri və ya danışmasıyla, "çişinin" gəldiyini dərhal müəyyən edirsə, çirkli bezdən narahat olub, altının dəyişdirilməsini istəyirsə, deməli, tualet vərdişinə artıq hazırdır.
 
Psixoloqlar isə uşaqlara tualet vərdişini aşılama prosesində onlarla diqqətli davranmaq lazım olduğu qənaətindədirlər. Belə ki, valideynlər daha səbrli olub, bu işi bir oyuna belə, çevirə bilərlər. Məsələn, uşaqların tualet istəyini zamanında bildirməsini kiçik hədiyyələrlə mükafatlandırmaq olar. Uşağa xoşladığı formada, rəngdə güvəc seçin, elə paltar geyindirin ki, çıxarmaq daha asan olsun, uşaq bilmədən paltarını batırarsa, onu danlamayın.
 
Bir məsələni də qeyd etmək yerinə düşər. Araşdırmalara əsasən, bir uşaq bezinin çürümə müddəti 50 ilə 500 il arasındadır. Təxminən 1 uşağın il ərzində işlətdiyi bez sayını düşündükdə bir müddət sonra dünyanın uşaq bezi zibilliyinə dönmüş mənzərəsi gözlər önünə gəlir. Hazırda bütün dünya daha təbii vasitələrdən istifadə etməyin və geri dönüşümün tərəfdarıdır. Geniş yayılmasa da, artıq satışda maxer parçadan hazırlanmış və dəfələrlə istifadə oluna bilən uşaq bezləri var. Arzuolunandır ki, analar ehtiyac olduğu təqdirdə bu tipli bezlərdən istifadə etsinlər və yorucu olsa da, uşaqları tualetə öyrətməyə tənbəllik etməsinlər. Gəlin, uşaqlarımızı və ümumilikdə dünyanı bu bezlərdən tez xilas edək.
Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Bakıda 42 yaşlı kişi metronun yaxınlığında bıçaqlanıb

29 İyun 2017 07:57

Masallıda sürücü azyaşlını vuraraq hadisə yerindən qaçıb

29 İyun 2017 07:52

Galaxy Note 8-in qiyməti məlum oldu

29 İyun 2017 07:52

MTRŞ-dən televiziyalarda siqaret və spirtli içkilərin nümayiş olunmasına MÜNASİBƏT

29 İyun 2017 07:50

Klublarımız Avropa Liqasında mübarizəyə başlayır

29 İyun 2017 07:44

Asphalt Street Storm Racing təqdim olundu - VİDEO

29 İyun 2017 07:42

Varşava - Berlin qatarında bomba təhlükəsi

29 İyun 2017 07:33

Bəzəklər bəzən yeməli olur - FOTO

29 İyun 2017 07:32

Bakıda 3 yaşlı uşaq üçüncü mərtəbədən yıxılıb

29 İyun 2017 07:32

Yaddaş pozğunluğu əslində beynin faydalı xüsusiyyətidir

29 İyun 2017 07:32

Mara Baqdasaryan yenə dəmir barmaqlıqlar arxasına göndərildi

29 İyun 2017 07:29

İmişlidə 3 otaqlı ev yanıb

29 İyun 2017 07:29

Galaxy S8-i isti yağın içində qızartdılar - VİDEO

29 İyun 2017 07:27

Günəş sistemində daha iki planet var

29 İyun 2017 07:12

2-ci Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Forumu ABŞ-ın paytaxtında tədbirlər təşkil edib (FOTO)

29 İyun 2017 06:55

Avtobusun vurduğu piyada ayağa qalxıb pivə içməyə getdi - HADİSƏ ANI

29 İyun 2017 06:54

Bakıda "London taksisi" qəza törədib

29 İyun 2017 06:52

22 yaşlı gənc 70 yaşlı kişinin gözlərini oydu - DƏHŞƏT

29 İyun 2017 06:33

Avstriyanın ecazkar memarlığı - FOTO

29 İyun 2017 06:32

Braziliya prezidenti G20 sammitində iştirakını ləğv edib

29 İyun 2017 06:07

İmişlidə 3 otaqlı ev yandı

29 İyun 2017 05:59

Bakıda 42 yaşlı kişi metronun yaxınlığında bıçaqlanıb

29 İyun 2017 05:52

ABŞ-da təyyarə qəzasında 2 nəfər həlak olub

29 İyun 2017 05:43

Mərakeşdə etirazlar zamanı 80 polis yaralandı

29 İyun 2017 05:38

Evdəki mavi və boz - FOTO

29 İyun 2017 05:32

Azərbaycanın turizm şirkətləri Bolqarıstanda keçiriləcək beynəlxalq sammitdə iştirak edəcəklər

29 İyun 2017 05:07

Bakıda iki avtomobil toqquşdu

29 İyun 2017 04:43

Parlaq, gözlənilməz mənzərələr - FOTO

29 İyun 2017 04:32

Brüsseldə NATO-un müdafiə nazirlərinin növbəti görüşü keçiriləcək

29 İyun 2017 04:29

Venesuelanın baş prokurorunun hesabları dondurulub və ona ölkədən çıxış qadağan edilib

29 İyun 2017 04:07

Millimiz Avropa çempionatında ikinci oldu

29 İyun 2017 03:53

ABŞ-da universitetdə partlayış olub

29 İyun 2017 03:42

Astroloji proqnoz -

29 İyun 2017 03:42

Venesuelada Ali məhkəmə və DİN-ə hücum edən helikopter tapılıb

29 İyun 2017 03:36

Mətbəx əlüzyuyanları - FOTO

29 İyun 2017 03:32

İtaliya miqrantlara qapılarını bağlayır

29 İyun 2017 03:24

İŞİD İraqın şimalına hücum edib: ölənlər var

29 İyun 2017 03:07

Yayda uşaqları nədən və necə qorumalı?

29 İyun 2017 02:58

Rakka şəhərinin azad edilməsi zamanı 173 dinc sakin həlak olub

29 İyun 2017 02:52

ABŞ-da təyyarə qəzası:ölənlər var

29 İyun 2017 02:44

"Milan" daha bir futbolçu ilə anlaşdı

29 İyun 2017 02:37

Aktrisa jurnalı bəzədi - FOTO

29 İyun 2017 02:32

Varşava - Berlin qatarı bomba təhlükəsindən dayandırılıb

29 İyun 2017 02:01

"Siçan zəhəri, aseton, milçək dərmanı..." - Ən təhlükəli narkotik vasitələr - FOTOLAR

29 İyun 2017 01:58

Bu gün Azərbaycan klubları üçün avrokubok mövsümü açıq elan ediləcək

29 İyun 2017 01:52

İsrail əsgərləri fələstinli gənci öldürüblər

29 İyun 2017 01:52

“Hyundai”la “Gelandewagen” toqquşdu - Bakıda

29 İyun 2017 01:49

Təl-Əvivdə zərif villa - FOTO

29 İyun 2017 01:37

Satışda təhlükəli qarpızlar var -

29 İyun 2017 01:34

Ruslar ən məşhur tarixi şəxsiyyətlərini seçdilər -

29 İyun 2017 01:18