Ulu Öndər hər zaman gənclərə xüsusi önəm verib

Ulu Öndər hər zaman gənclərə xüsusi önəm verib
19:48 12 Dekabr 2015
12 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 dekabr, Elvin Camalov, AZƏRTAC
Ulu öndər Heydər Əliyev hər zaman gənclərə xüsusi önəm verib, onların yanında olub.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Ulu Öndərin xatirəsini yad etmək üçün Fəxri xiyabana gələn Bakı sakini Seymur Ramazanov deyib.
Hər il Ulu Öndərin xatirəsini yad etmək üçün Fəxri xiyabana gəldiyini söyləyən S.Ramazanov ümummilli lider Heydər Əliyevin gənclər siyasətindən, bu sahədə görülən əvəzsiz xidmətlərdən danışıb. “Heydər Əliyevin sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illər gənclərlə bağlı müxtəlif dövlət proqramları qəbul olunub və həyata keçirilir. Gənclərə göstərilən diqqət və qayğı nəticəsində onlar ictimai həyatda fəallıq nümayiş etdirirlər”, - deyə S.Ramazanov bildirib.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ulu_Onder_her_zaman_genclere_xususi_onem_verib-910822

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR