Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan Milli Konservatoriyasında Ulu Öndərin sevdiyi mahnılar səsləndirilib

Azərbaycan Milli Konservatoriyasında Ulu Öndərin sevdiyi mahnılar səsləndirilib

Date: 12 December 2015 19:53


Bakı, 12 dekabr, Pərvanə İmanova, AZƏRTAC
Dekabrın 12-də Azərbaycan Milli Konservatoriyasında Təhsil Nazirliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsini anma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Konservatoriyanın rektoru, Xalq Artisti, professor Siyavuş Kərimi görkəmli dövlət xadimi Heydər Əliyevin xatirəsinə həsr olunan mərasimin Təhsil Nazirliyi ilə birgə artıq ikinci ildir təşkil edildiyini söyləyib.
Rektor ulu öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafı və təbliği istiqamətindəki xidmətlərini xüsusi vurğulayıb. Musiqili ədəbi-bədii gecədə Ümummilli Liderin sevdiyi və eləcə də bu görkəmli şəxsiyyətə həsr olunan mahnıların səsləndiriləcəyi bildirilib.
Respublikanın tanınmış incəsənət ustaları xalq və bəstəkar mahnılarını ifa ediblər.
Tədbirdə Təhsil Nazirliyinin rəhbərliyi, ali məktəblərin rektorları, təhsil ictimaiyyətinin nümayəndələri, tanınmış ziyalılar və incəsənət xadimləri iştirak ediblər.




Tags:  Azərbaycan Milli Konservatoriyasında Ulu Öndərin sevdiyi mahnılar səsləndirilib


RƏYLƏR


Top news