İŞİD liderinin "sağ əli" yaralandı

İŞİD liderinin "sağ əli" yaralandı
21:27 12 Dekabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+

İraq Hərbi-Hava Qüvvələrinin İraq-Suriya sərhədi yaxınlığında keçirdiyi əməliyyat nəticəsində İŞİD terror qruplaşmasının azı 15 silahlısı məhv edilib və qruplaşmanın lideri Əbu Bəkr Əl Bağdadinin birinci müavini Əbu Əli Əl Anbari yaralanıb.    
Milli.Az APA-ya istinadən bildirir ki, İraqın döyüş təyyarələri İŞİD-in Əl-Aş yaşayış məntəqəsi yaxınlığında yerləşən qərargahına zərbələr endirib. "Operativ məlumata əsasən, yaralananlar arasında Əbu Bəkr Əl Bağdadinin birinci müavini Əbu Əli Əl Anbari var. O dərhal Bukemal rayonuna göndərilib. Ölənlər arasında İŞİD-in hərbi komandanlığının 4 üzvü var. Onlardan biri Səllahəddin əyalətində əməliyyatlara rəhbərlik edən İraq ordusunun sabiq zabiti Əbu Qəmam Əl Zobeydidir", deyə DİN-in məlumatında bildirilir.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/389793.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR