Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Misirdə partlayış, 2 hərbçi öldü

Misirdə partlayış, 2 hərbçi öldü

Date: 13 December 2015 01:46

Sinay yarımadasında baş verən terror hadisəsi zamanı üç Misir hərbçisi ölüb.

ANS PRESS-in məlumatına görə, Misirin Rafax şəhərində içində bomba olan bir avtomobilin partlaması nəticəsində bir zabit və iki hərbçi dünyasını dəyişib.

Sinay yarımadasının şimal hissəsində 2013-cü ildən "müsəlman qardaşları" tərəfindən təşkil olunan hərakat kəskin fəallaşıb.
Genişmiqyaslı ordu əməliyyatlarına və polis reydlərinə baxmayaraq, hələ də həmin döyüşçüləri ləğv etmək mümkün olmayıb.

Bu səbəbdən hər gün yarımadanın şimalında güc strukturları tərəfindən həyata keçirilən hücumlar nəticəsində hərbçilər və dinc sakinlər həyatını itirir.


Misir, Sinay yarımadası, Rafax şəhəri


Noyabrın 24-də Ar-Əriş şəhərində yerləşən Swiss İnn mehmanxanasına hücum nəticəsində də 5 nəfər həlak olub. Hadisəni "Yerusəlim tərəfdarları" öz özərinə götürüblər.

Analoji hal dekabrın8-də Rafaxda da olub.Nəticədə 8 hərbçi ölüb, eyni sayda hərbçi də xəsarət alıb.

Tags:  Misirdə partlayış hərbçi öldü


RƏYLƏR


Top news