Tərtərlilər ulu öndər Heydər Əliyevin xatirəsini daim uca tuturlar

Tərtərlilər ulu öndər Heydər Əliyevin xatirəsini daim uca tuturlar
03:13 13 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+


Tərtər, 13 dekabr, AZƏRTAC
Xalqımızın dahi oğlu, görkəmli siyasi xadim Heydər Əliyevin əziz xatirəsi tərtərlilər tərəfindən daim uca tutulur.
AZƏRTAC xəbər verir ki, dekabrın 12-də Ümummilli Liderin Tərtər şəhərinin mərkəzi meydanındakı abidəsini minlərlə insan ziyarət edib. Dahi rəhbərin abidəsi önünə çiçək gül-çiçək dəstələri düzülüb, xatirəsi ehtiramla yad olunub.
Mərasim iştirakçıları sonra Heydər Əliyev Mərkəzinə gələrək, Ulu Öndərin zəngin həyatını və siyasi fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar. Burada keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsindən, ölkəyə rəhbərlik etdiyi hər iki dövrdə gördüyü böyük işlərdən, müstəqil dövlətimizin yaranmasında, möhkəmlənməsində və beynəlxalq aləmdə tanınmasında tarixi xidmətlərindən danışıb.
Qeyd edilib ki, Heydər Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkədə ictimai-siyasi sabitlik bərqərar olub, hüquqi, demokratik dövlət quruculuğu, Milli Ordunun formalaşması, Azərbaycanın beynəlxalq aləmdə imicinin yüksəlməsi istiqamətində önəmli addımlar atılıb.
Tədbirin sonunda Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Terterliler_ulu_onder_Heyder_Aliyevin_xatiresini_daim_uca_tuturlar-910864

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR