“E-hökumət” portalı üzərindən CDMA şəbəkəsinə 1231 qoşulma qeydə alınıb

“E-hökumət” portalı üzərindən CDMA şəbəkəsinə 1231 qoşulma qeydə alınıb
08:13 13 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 dekabr, AZƏRTAC
Ötən il "Elektron hökumət" portalına inteqrasiya olunan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "CDMA şəbəkəsinə qoşulma" elektron xidmətinə indiyədək 1231 dəfə müraciət olunub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, CDMA (simsiz telefon rabitəsi) telefon çəkilişində birdəfəlik ödəniş haqqı 10 manat təşkil edir. Bu rabitə xidmətinə qoşulan istifadəçiyə iki tarif paketi təqdim olunur. Tariflərə uyğun olaraq 450 dəqiqə giriş-çıxış lokal danışıq limitli paket 2 manat 50 qəpik, limitsiz paket isə 10 manatdır.
Xatırladaq ki, rabitə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi aylığı çərçivəsində CDMA nömrələrinin çəkilişi ödənişsiz sənədləşdirilir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/E_hokumet_portali_uzerinden_CDMA_sebekesine_1231_qosulma_qeyde_alinib-910867

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR