Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan Premyer Liqası: meydançaya liderlər çıxır

Azərbaycan Premyer Liqası: meydançaya liderlər çıxır

Date: 13 December 2015 09:18


Bakı, 13 dekabr, AZƏRTAC
Bu gün Azərbaycan Premyer Liqasında 16-cı turun daha iki oyunu keçiriləcək.
AZƏRTAC xəbər verir ki, turun ən maraqlı qarşılaşmalarından biri Qəbələdə oynanılacaq. Çempionatın liderlərindən biri olan "Qəbələ" öz meydançasında Bakının “Neftçi” klubunu qəbul edəcək. Oyun saat 15:30-da başlayacaq.
Turun son qarşılaşmasında isə lider "Qarabağ" "Zirə" ilə üz-üzə gələcək. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək oyun saat 18:00-da start götürəcək.
Xatırladaq ki, hazırda "Qarabağ" 35 xalla turnir cədvəlinə başçılıq edir. "Qəbələ" 27 xalla ikinci, "Zirə" isə 25 xalla üçüncü pillədə qərarlaşıb.

Tags:  Azərbaycan Premyer Liqası meydançaya liderlər çıxır


RƏYLƏR


Top news