Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ələt limanında 175 tır ilişib

Ələt limanında 175 tır ilişib

Date: 13 December 2015 13:21

Ələt dəniz limanında yük maşınlarının sıxlığı yaranıb.

ANS PRESS-in məlumatına görə, limanda 175 tır Aktau limanı istiqamətində hərəkət etmək üçün bərəyə yüklənmə növbəsi gözləyir.

Bu vəziyyət ötən həftə Xəzər dənizində əlverişsiz hava şəraitinə görə Bakıdan bərə əlaqəsinin dayandırılması ilə bağlıdır.

Tırların dəniz üzərindən daşınması üçün nəzərdə tutulan bərələrin sayı 3 ədəddir ( hər bərə 28 tır tutumuna malikdir – red.). Hazırda iki bərə “Aktau” limanı yaxınlığındadır, biri isə ötən gün yüklənib və Qazaxıstanagöndərilib. Bərənin bir limandan digərinə çatma müddəti hava şəraitindən asılı olaraq 18-23 saat təşkil edir.


Ələt Limanı


Azərbaycan Xəzər dəniz gəmiçiliyinin nümayəndələrinin və Ələt gömrük postunun məlumatına görə, limanda sıxlığa səbəb Türkiyədən gələn tırların Rusiya ərazisindən keçməsinə tətbiq edilən qadağadır. Buna görə də tırlar Türkiyə- Gürcüstan-Azərbaycan-Qazaxıstan marşrutu ilə hərəkət edirlər.

Məsələni ANS PRESS-ə şərh edən Xəzər dəniz gəmiçiliyinin mətbuat katibi Vüqar Sadıxov bildirdi ki, Azərbaycan tərəfindən kifayət qədər bərə ayrılır. “ Son günlər Ələt limanında yük maşınlarının durğunluğu hava şəraiti ilə bağlıdır” deyə Vüqar Sadıxov bildirdi.

Yük maşınlarının gömrük qeydiyyatı adi qaydada həyata keçirilir. Eyni zamanda humanitar yüklərin və tez xarab olan məhsulların göndərilməsi ilk növbədə təmin olunur.

Türk tırlarının Azərbaycan ərazisindən göndərilməsi ilə əlaqədar yük avtomobillərinin axınının artacağı proqnozlaşdırılır.

Tags:  Ələt limanında 175 tır ilişib


RƏYLƏR


Top news