Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rusiyanın Azərbaycan icması Heydər Əliyevi xatırlayır

Rusiyanın Azərbaycan icması Heydər Əliyevi xatırlayır

Date: 13 December 2015 17:48


Moskva, 13 dekabr, AZƏRTAC
Moskvadakı Azərbaycan İcması Evində xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə Ulu Öndərə həsr olunmuş sənədli film nümayiş etdirilib.
Tədbiri açan Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) prezidentinin müavini Manaf Ağayev qeyd edib ki, Heydər Əliyev Azərbaycan–Rusiya münasibətlərinin inkişafına həmişə xüsusi diqqət yetirib. Rusiya Prezidenti Vladimir Putin ilə birlikdə Ulu Öndər bu münasibətlərin yüksək səviyyəyə qalxması üçün səylərini əsirgəməyib, bu əlaqələrin möhkəm təməlini yarada bilib. Heydər Əliyevin vəfatından sonra Prezident Vladimir Putin şəxsən Azərbaycana gələrək öz adından və Rusiya xalqı adından bu ağır itki ilə əlaqədar xalqımıza başsağlığı verib.
Azərbaycanın Rusiyadakı səfirinin müavini Qüdsi Osmanovun sözlərinə görə, Heydər Əliyev təkcə Rusiyada deyil, həm də bütün dünyada Azərbaycan diasporunun əsasını qoyub. Diplomat vurğulayıb ki, Ulu Öndər səfər etdiyi bütün ölkələrdə diaspor nümayəndələri ilə görüşər, onları birliyə, mərkəzləşdirilmiş vahid diaspora yaratmağa çağırardı. Sevindirici haldır ki, bu gün burada bütün diaspor təşkilatlarının nümayəndələri iştirak edirlər. Çünki bizim gücümüz birliyimizdədir. Heydər Əliyev Azərbaycan diasporunu məhz belə güclü görmək istəyirdi.
ÜAK-ın icraçı direktoru İlqar Hacıyev çıxışında qeyd edib ki, ümummilli lider Heydər Əliyev ÜAK-ın yaradıcısıdır. Ulu Öndərin sayəsində Konqres Rusiyanın bütün bölgələrindəki Azərbaycan diaspor təşkilatlarını birləşdirirək uğurla fəaliyyət göstərir. Heydər Əliyev Azərbaycani böhrandan çıxaran, ölkəmizi işıqlı gələcəyə yönəldən dünya şöhrətli ictimai və siyasi xadimdir. Biz azərbaycanlılar, dünyanın hansı ölkəsində yaşamağımızdan asılı olmayaraq, onun siyasi kursuna həmişə sadiq qalmalıyıq.
Xatirə gecəsində ÜAK-ın Sankt-Peterburq bölməsinin rəhbəri Samir Məmmədov, Rusiya Dövlət Sosial Universitetinin professoru İbrahim Məlikov, şairə, Azərbaycan və Rusiya yazıçılar ittifaqlarının üzvü Afaq Şıxlı, şair İlham Bədəlbəyli və başqaları çıxış ediblər.
Fəridə Abdullayeva
AZƏRTC-ın xüsusi müxbiri
Moskva


Tags:  Rusiyanın Azərbaycan icması Heydər Əliyevi xatırlayır


RƏYLƏR


Top news