İspaniya yollarında sürücüsüz avtomobillər hərəkət etməyə başlayıb

İspaniya yollarında sürücüsüz avtomobillər hərəkət etməyə başlayıb
07:38 14 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+


Madrid, 14 dekabr, AZƏRTAC
İspaniyanın Qalisiya vilayətinin Viqo şəhərindən yola çıxan avtomobil Madridə qədər olan 600 kilometrlik məsafəni sürücüsüz qət edib.
"PSA Peugeot Citröen" şirkətinin Qalisiyadakı zavodunda istehsal olunmuş avtomobilin sərnişini isə vilayətin rəhbəri Alberto Nunyes Feyxoo olub.
Bu avtomobilə marşrut daxil olunduqdan sonra yol boyu o özünü tam müstəqil şəkildə idarə edir. GPS sisteminə bağlanan xüsusi proqram avtomobilin yollarda icazə verilən sürət limitini aşmadan nəzərdə tutulmuş məkana çatmasını təmin edir. Ön və arxa tərəfində qurulmuş xüsusi radarlar isə onun digər avtomobillərlə düzgün məsafə saxlamasına xidmət edir.
Bu yeni avtopilot sisteminin yaradıcıları hesab edirlər ki, 2020-ci ildə İspaniya yollarında belə avtomobillərin hərəkəti adi hal olacaq.

Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ispaniya_yollarinda_surucusuz_avtomobiller_hereket_etmeye_baslayib-910937

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR