Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 99 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 99 dəfə pozub

Ermənilər atəşkəsi 143 dəfə pozub (22 Mart 2017 10:19)
Cəbhədə GƏRGİN GECƏ (22 Mart 2017 10:18)
Cəbhədə son VƏZİYYƏT (22 Mart 2017 10:12)

Tarix: 14 Dekabr 2015 10:48


Bakı, 14 dekabr, AZƏRTAC
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 99 dəfə pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Goranboy rayonunun Talış, Tərtər rayonunun Çiləbürt, Yarımca, Ağdam rayonunun Cəvahirli, Kəngərli, Sarıcalı, Novruzlu, Şuraabad, Şıxlar, Yusifcanlı, Mərzili, Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 101 dəfə atəş zərbəsi endirib.

Teqlər:  Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 99 dəfə pozub



RƏYLƏR


Top xəbərlər