Müdafiə Nazirliyi: Ermənistan KİV-in Azərbaycanın pilotsuz uçan aparatının məhv edildiyi barədə xəbəri uydurmadır

Müdafiə Nazirliyi: Ermənistan KİV-in Azərbaycanın pilotsuz uçan aparatının məhv edildiyi barədə xəbəri uydurmadır
11:18 14 Dekabr 2015
10 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 14 dekabr, AZƏRTAC
Ermənistanın elektron kütləvi informasiya vasitələrinin guya cəbhə xəttində Azərbaycana məxsus pilotsuz uçan aparatın məhv olunması barədə yaydığı uydurma xəbərə Müdafiə Nazirliyi münasibət bildirib.
AZƏRTAC-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriliblər ki, bu xəbər sadəcə cəfəngiyat və uydurma olduğundan onu şərh etməmək, cavabsız qoymaq da olardı. Amma ermənilərin bir gün Azərbaycana məxsus hətta “uçan tank” vurub bu yalanı da öz xalqına sırıyacağı ehtimalını da unutmamalıyıq.
“Əslində erməni cəmiyyətində “ruh yüksəkliyi” yaratmaq üçün ekran əsərləri çəkmək sifarişi alan, fantastika janrına meylli erməni rejissor çəkəcəyi filmdən bir süjet danışıb. Jurnalistlər isə bunu hərbi xəbər olaraq ucuz sensasiya kimi yayıblar.
Azərbaycana məxsus və silahlanmada olan bütün uçan aparatlar (PUA) sıradadır və düşmənin hərəkətlərini nəzarətdə saxlayır. Onlar döyüş tapşırıqları nəzərə alınaraq, müvafiq təhlükəsizlik tədbirləri görülmək şərti ilə planauyğun, düşmən mövqeləri üzərində əvvəlcədən müəyyənləşdirilmiş istiqamətlərdə fəaliyyət göstərir” - deyə Müdafiə Nazirliyinin açıqlamasında qeyd edilir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Mudafie_Nazirliyi_Ermenistan_KIV_in_Azerbaycanin_pilotsuz_uchan_aparatinin_mehv_edildiyi_barede_xeberi_uydurmadir-910961

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR