Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“İş yerinə dair arayış” e-xidmətindən 203 min 320 dəfə istifadə olunub

“İş yerinə dair arayış” e-xidmətindən 203 min 320 dəfə istifadə olunub

Date: 14 December 2015 11:33


Bakı, 14 dekabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron Hökumət” portalı üzərindən təqdim etdiyi “İş yerinə dair arayış” elektron xidmətindən istifadə sayı ötən ay cari ilin yanvar ayı ilə müqayisədə 2,5 dəfədən çox artaraq 25570-ə satıb.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, ölkəmizdə mövcud olan elektron arayış sistemində xüsusi aktuallığı ilə seçilən və kağız arayışların elektron arayışlarla əvəzlənməsi prosesində mühüm rol oynayan “İş yerinə dair arayış” e-xidməti əhalinin ən çox istifadə etdiyi e-xidmətlərdən biridir. Buna səbəb hər bir vətəndaşın həmin e-xidmət vasitəsilə real vaxt rejimində istənilən vaxt öz iş yeri haqqında ümumi təyinatlı, yaxud konkret bir quruma təqdim etmək üçün e-arayış əldə edə bilməsidir. Belə ki, “E-Hökumət” portalında autenfikasiyadan keçən hər bir vətəndaş müvafiq e-xidməti seçdikdən sonra portal tərəfindən avtomatik olaraq formalaşdırılan “İş yerinə dair arayış”ı müvafiq təşkilata elektron şəkildə göndərmək, yaxud çap edərək təqdim etmək imkanına malikdir.
Bununla da qeyd olunan arayışın alınması üçün vətəndaşın işlədiyi müəssisənin aidiyyəti şəxslərinə müraciət etməsinə, bunun üçün vaxt və zəhmət çəkməsinə ehtiyac qalmır. Arayışda işəgötürən barədə məlumatlar, habelə onun əlaqə nömrəsi, əmək müqaviləsinin bağlandığı tarix, işçinin şəxsi məlumatları və s. əksini tapır. Digər tərəfdən, arayışın təqdim edildiyi qurumlar onun üzərindəki ştrix-koddan istifadə etməklə "E-hökumət" portalında bu sənədin həqiqiliyini, oradakı məlumatların düzgünlüyünü yoxlaya bilirlər.
Ötən ilin dekabrında istifadəyə verilən “İş yerinə dair arayış” e-xidmətindən cari ilin 1 dekabr tarixinədək 203320 dəfə istifadə olunub.

Tags:  yerinə arayış e-xidmətindən 203 min 320 dəfə istifadə olunub


RƏYLƏR


Top news