Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bu gün UEFA Çempionlar Liqasında səkkizdəbir finalın cütlükləri müəyyənləşəcək

Bu gün UEFA Çempionlar Liqasında səkkizdəbir finalın cütlükləri müəyyənləşəcək

Date: 14 December 2015 11:58


Baki, 14 dekabr, AZƏRTAC
Bu gün futbol üzrə UEFA Çempionlar Liqası yarışlarının səkkizdəbir final mərhələsinin cütlükləri məlum olacaq.
AZƏRTAC xəbər verir ki, püşkatma mərasimi UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında təşkil ediləcək.
Qrup liderləri ilə ikincilərın fərqli səbətdə yer aldığı püşkatmanın nəticəsi olaraq birinci yerin sahibləri növbəti mərhələdə ikincilərlə qarşılaşacaq. Qaydalara əsasən, ilk qarşılaşma qrup ikincisi komandanın meydanında keçiriləcək.
Bu mərhələdə eyni ölkə təmsilçiləri, eləcə də bir qrupda mübarizə aparmış komandalar üz-üzə gəlməyəcək.
Bütövlükdə, səkkizdəbir final mərhələsində 10 ölkənin təmsilçisi iştirak edəcək. İspaniya və İngiltərə hərəyə üç, Almaniya ilə İtaliya hərəyə iki, Rusiya, Portuqaliya, Hollandiya, Ukrayna, Fransa və Belçika isə bir komanda ilə turnirə davam edəcəklər.
Püşkatmanın səbətləri aşağıdakı kimidir:
Qrup qalibləri: “Real”, “Atletiko”, “Barselona” (İspaniya), “Volfsburq”, “Bavariya” (Almaniya), “Mançester Siti”, “Çelsi” (İngiltərə), “Zenit” (Rusiya)
Qrup ikinciləri: “Arsenal” (İngiltərə), “Yuventus”, “Roma” (İtaliya), PSJ (Fransa), “Benfika” (Portuqaliya), “Dinamo” (Ukrayna), PSV (Hollandiya), “Gent” (Belçika).
Qeyd edək ki, mərasim Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Tags:  gün UEFA Çempionlar Liqasında səkkizdəbir finalın cütlükləri müəyyənləşəcək



RƏYLƏR


Top news