Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda orta aylıq əməkhaqqı artdı

Azərbaycanda orta aylıq əməkhaqqı artdı

Date: 14 December 2015 12:06

Bu ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,6% artaraq 462 manat təşkil edib.

ANS PRESS-in məlumatına görə bunu Dövlət Statistika Komitəsi açıqlayıb.

Məlumata görə bu il, noyabrın 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1504,7 min nəfər olub. Bunun 877,9 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 626,8 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 22,3%-i təhsil, 18,9%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 12,1%-i sənaye, 8,9%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,5% tikinti, 4,9%-i nəqliyyat və anbar təsərrüfatı, 3,9%-i peşə, elmi və texniki fəaliyyət, 3%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,8%-i informasiya və rabitə, 17,7%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də tikinti sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.

Eyni zamanda noyabr ayında istehlak bazarında müşahidə olunan qiymətlərə gəlincə ərzaq məhsullarının qiymətləri 0,9 faiz bahalaşmış, qeyri-ərzaq məhsullarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymətlərində isə dəyişikliklər baş verməyib. Ümumilikdə istehlak məhsullarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymətləri əvvəlki ayla müqayisədə 0,4 faiz bahalaşıb.

2015-ci ilin noyabr ayında bitkiçilik məhsullarının istehsalçı qiymətləri 3,7 faiz bahalaşmış, heyvandarlıq məhsullarının istehsalçı qiymətlərində dəyişikliklər müşahidə olunmamışdır. Ümumilikdə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,8 faiz bahalaşıb.

Tags:  Azərbaycanda orta aylıq əməkhaqqı artdı


RƏYLƏR


Top news