Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

FİDE rəsmiləri Bakıda (FOTO)

FİDE rəsmiləri Bakıda  (FOTO)

Date: 14 December 2015 12:23

Bakı. Trend:

Beynəlxalq Şahmat Federasiyasının nümayəndə heyəti Bakıda səfərdə olub.

Bakı Şahmat Olimpiadasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, FİDE-nin vitse-prezidenti, hazırda prezident səlahiyyətlərini icra edən Georgios Makropulos, eləcə də FİDE-nin digər vitse-prezidenti İzrael Gelfer, Avropa Şahmat İttifaqının prezidenti Zurab Azmayparaşvili iki günlük səfər müddətində Gənclər və İdman Naziri Azad Rəhimov, Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov və AŞF-nin vitse-prezidenti, Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədovla görüşüblər.

Görüş zamanı Bakı Şahmat Olimpiadasının Əməliyyat Komitəsinin gələn il Bakıda keçiriləcək Şahmat Olimpiadasına hazırlığı müzakirə edilib. Qonaqlar Bakı Şahmat Olimpiadasının keçiriləcəyi Crystal Hall-da olublar.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  FİDE rəsmiləri Bakıda FOTO


RƏYLƏR


Top news