Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan ilə Rusiyanın elektrik enerjisi dəhlizinin texniki imkanları 700 meqavata çatdırılacaq

Azərbaycan ilə Rusiyanın elektrik enerjisi dəhlizinin texniki imkanları 700 meqavata çatdırılacaq

Date: 14 December 2015 12:28


Bakı, 14 dekabr, Nihad Budaqov, AZƏRTAC
2020-ci ilədək Azərbaycan və Rusiyanın arasında elektrik enerjisi dəhlizinin texniki imkanları 700 meqavata çatdırılacaq.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Azərbaycanın Energetika Nazirliyindən məlumat verilib. Bildirilib ki, hazırda Azərbaycan və Rusiyanın enerji sistemləri iki hava elektrik verilişi xətti (HEVX) - 330 kilovoltluq “Dərbənd” və 110 kilovoltluq “Yalama-Belici” HEVX-ləri vasitəsilə birləşib. “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında 2020-ci il müddətinə iqtisadi əməkdaşlıq Proqramının həyata keçirilməsi üzrə tədbirlər Planı”nın layihəsinə isə 330 kilovoltluq Yaşma yarımstansiyasının genişləndirilməsi və 330 kilovoltluq 2-ci “Yaşma-Dərbənd” elektrik ötürücü xəttinin çəkilməsi daxil edilib. Bu layihə çərçivəsində iki ölkə arasında elektrik enerjisi dəhlizinin texniki imkanları mövcud 350 meqavatdan 700 meqavatadək artırılacaq. Hazırda layihənin həyata keçirilməsi üçün tərəflər arasında danışıqlar aparılır.
Qeyd edilib ki, Azərbaycan enerji sistemi “Rusiya VES” ilə vahid sinxron zonasında paralel iş rejimində fəaliyyət göstərir. 2007-ci ildən başlayaraq Rusiyaya ixrac olunan elektrik enerjisinin həcmi dinamik olaraq artıb və Azərbaycanın energetika sistemi müsbət saldo ilə işləyir.

Tags:  Azərbaycan Rusiyanın elektrik enerjisi dəhlizinin texniki imkanları 700 meqavata çatdırılacaq


RƏYLƏR


Top news