"Gözləyək, görək nə olur"

"Gözləyək, görək nə olur"
12:47 14 Dekabr 2015
50 Digər
Ölkə mətbuatı
A- A+

Ankara ilə Moskva arasındakı münasibətlər xəbərdarlığımı eşitməmiş hərbi pilotlara görə porzulmamalıdır.

Milli.Az Hürriet Daily News-a istinadən bildirir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistandan qayıdarkən təyyarədə jurnalistlərə belə deyib.

"Münaqişə tərəfdarı deyilik. Rusiya ilə strateji tərəfdaşlığımızı davam etdirmək istəyirik. Rusiya ilə münasibətlərimizin əvvəlki səviyyədə qalmasını arzulayırıq. Rusiya ilə son 10-11 ildə uğurla əməkdaşlıq etmişik və bunun davamını istəyirik", - Ərdoğan deyib.

Türkiyə prezidentinin sözlərinə görə, Ankara belə situasiyanın yaranmasını istəmirdi: "İnsidentin ikitərəfli əlaqələrimizə mənfi təsir etməsi bizi təəssüfləndirir. Rusiya ilə qonşu ölkələrin dövlət başçıları ilə danışıqlar aparmışam. Onlar böhrandan çıxmaq üçün bizə yardım etmək istəyirlər. Rusiyanın hakimiyyət dairələrindən həlləlik heç bir məlumat almamışıq. Gözləyirik. Gəlin, gözləyək, görək nə olur".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/390065.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR