Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Futzal üzrə Azərbaycan millisinin dünya çempionatının play-off mərhələsindəki potensial rəqibləri bəlli olub

Futzal üzrə Azərbaycan millisinin dünya çempionatının play-off mərhələsindəki potensial rəqibləri bəlli olub

Date: 14 December 2015 14:13


Bakı, 14 dekabr, AZƏRTAC
2016-cı ildə Kolumbiyada təşkil olunacaq futzal üzrə dünya çempionatının play-off mərhələsinin bütün iştirakçıları müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, mundiala 7 vəsiqə uğrunda mübarizə aparacaq 14 komanda arasında Azərbaycan millisi də var. Digər komandalar isə Belarus, Ukrayna, Macarıstan, Rusiya, Serbiya, İspaniya, Hollandiya, Qazaxıstan, Sloveniya, Portuqaliya, Polşa, İtaliya və Slovakiyadır.
Play-off mərhələsinin 7 qalibi Avropanı dünya çempionatında təmsil edəcək. Azərbaycan yığması isə ilk dəfə dünya çempionatının final mərhələsinə vəsiqə qazana bilər. Millimizin potensial rəqibləri isə Serbiya, Hollandiya, Sloveniya, Polşa və Slovakiya yığmalarıdır.
Play-off mərhələsinin püşkatma mərasimi 2016-cı il fevralın 12-də Serbiyanın paytaxtı Belqradda təşkil olunacaq. Bu mərhələnin oyunları isə martın 22-də və aprelin 12-də keçiriləcək. Püşkatma zamanı qrup birincisi olan millilər play-off mərhələsinə qrup ikincisi kimi yüksələn komandalarla üz-üzə gələcək. Əsas seçmə mərhələdə eyni qrupda mübarizə aparmış yığmaların yenidən üz-üzə gəlməsinə imkan verilməyəcək.

Tags:  Futzal üzrə Azərbaycan millisinin dünya çempionatının play-off mərhələsindəki potensial rəqibləri bəlli olub


RƏYLƏR


Top news