Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

​Bulvar Yeni il-ə necə hazırlaşır?

​Bulvar Yeni il-ə necə hazırlaşır?

Date: 14 December 2015 14:17

Dənizkənarı Milli Park ərazisində Yeni il bayramı ilə əlaqədar olaraq bəzədilmə işlərinə başlanılıb.

Milli.Az bildirir ki, bu barədə report-a Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov məlumat verib.

O bildirib ki, ilk olaraq "Neftçilər" prospekti boyunca ağacların üzərində rəngli işıqlar quraşdırılır, "işıq çələngi" yaradılır.

N.Məcidov onu da bildirib ki, bulvar ərazisində 10 ədəd şam ağacı bəzədiləcək.

Hər "yolka" ağacının yanında isə lisenziya almış bir nəfər "Şaxta baba" və "Qar qız" fəaliyyət göstərəcək.

Şam ağaclarının bəzədilməsinə dekabrın 20-dən başlanılacaq.

Şam ağacları, digər dekorasiyalar bulvar ərazsində yanvarın 5-dək saxlanılacaq.

Milli.Az


Tags:  Bulvar Yeni il-ə hazırlaşır


RƏYLƏR


Top news