Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İndoneziyada gəmi qəzası: dörd nəfər ölüb, 10 nəfər itkin düşüb

İndoneziyada gəmi qəzası: dörd nəfər ölüb, 10 nəfər itkin düşüb

Date: 14 December 2015 14:18


Bakı, 14 dekabr, AZƏRTAC
Borneo adasının İndoneziyaya aid hissəsində Kapuas çayında gəminin qəzaya uğraması nəticəsində azı 4 nəfər həlak olub, 10 nəfər isə itkin düşüb. Bu barədə məlumat ölkənin fövqəladə xidmətindən verilib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, göyərtəsində 53 nəfərin olduğu gəmi dekabrın 13-də çevrilib. Çayda 4 nəfərin – 3 qadının və azyaşlı uşağın cəsədi aşkarlanıb. İtkin düşənlərin axtarışı hələ ki, heç bir nəticə verməyib. Onların arasında 3-5 yaşlı uşaqların da olduğu bildirilir.
Gəmidə olan digər sərnişinlər və heyət üzvləri xilas edilib.

Tags:  İndoneziyada gəmi qəzası dörd nəfər ölüb 10 nəfər itkin düşüb


RƏYLƏR


Top news