Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bu il öldürülən jurnalistlərin sayı açıqlanıb

Bu il öldürülən jurnalistlərin sayı açıqlanıb

Date: 14 December 2015 14:32

Bakı. 14 dekabr. REPORT.AZ/ Bu il 31 ölkədə 128 jurnalist öldürülüb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda "Press Emblem Campaign" araşdırma mərkəzinin hesabatında bildirilib.
Məlumata görə, siyahıda ilk yerdə Suriyadır. Orada 11 jurnalist qətlə yetirilib. İraq və Meksikanın hər birində 10 jurnalist, Fransa, Liviya, Filippində hər birində 8, Braziliya, Hindistan, Cənubi Sudan hər birində 7, Pakistan və Somalidə 6, Hondurasda 5, Ukrayna və Kolumbiyada jurnalist öldürülüb. Ərazisində 3 jurnalist öldürülən Qvatelama 16-cı yerdədir. 17-18-ci yerləri ABŞ və Əfqanıstan tutub. Onların hər birində 2 jurnalist öldürülüb.
Araşdırmada qeyd edilib ki, jurnalistlər üçün ən təhlükəli bölgə Yaxın Şərqdir. Orada 38 jurnalist öldürülüb. Sonrakı yerdə Latın Amerikası (31) gəlir.  

Tags:  il öldürülən jurnalistlərin sayı açıqlanıb

RƏYLƏR


Top news