İqlim üzrə Paris sazişi gələn il aprelin 22-də imzalanacaq

İqlim üzrə Paris sazişi gələn il aprelin 22-də imzalanacaq
15:33 14 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 14 dekabr, AZƏRTAC 
Şənbə günü Parisdə iqlim üzrə əldə olunan qlobal saziş 2016-ci il aprelin 22-də Nyu-Yorkda BMT-nin mənzil-qərargahında imzalanacaq.
AZƏRTAC ecoportal.ru saytına istinadla xəbər verir ki, bu barədə Fransa paytaxtında başa çatan konfransın təşkilatçılarının bəyanatında bildirilir.
Məlumatda deyilir ki, imzalanma mərasimi aprelin 22-də Beynəlxalq Yer Günündə keçiriləcək. Saziş qüvvəyə minməsi üçün ən azı 55 ölkə tərəfindən təsdiq olunmalıdır.
Parisdə 195 ölkənin nümayəndələri BMT-nin yeni sazişi barədə razılığa gəliblər. Sənəddə 2020-ci ildən sonra istixana qazlarının həcmi və iqlim dəyişikliklərinin qarşısının alınması üzrə tədbirlər müəyyənləşdirilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Iqlim_uzre_Paris_sazisi_gelen_il_aprelin_22_de_imzalanacaq-911088

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR