Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakı bazarlarında qiymətlər

Bakı bazarlarında qiymətlər

Date: 14 December 2015 16:21

Kənd Təsərrüfatı Nazirliyinin qiymət informasiya portalı yaradılıb. Bu portalda - www.azagro.net - 46 adda meyvə, tərəvəz və bostan məhsullarının 400 növü üzrə, həmçinin məhsulların iri, orta, xırda ölçülərinə görə əlavə olaraq hər növün çeşidi üzrə gündəlik yenilənən məlumat bazası olaraq tam fəaliyyət göstərir.

Cədvəldə beş bazardakı qiymətlər həm topdan, həm də pərakəndə satış qiyməti ilə əks edilib.

Avqust ayından etibarən test rejimində fəaliyyət göstərən məlumat bazası dekabrın 1-dən Bakı şəhəri ilə yanaşı regionlarda da fəaliyyət göstərən 19 pərakəndə, 5 topdan satış bazarından gündəlik olaraq toplanan məlumatlar əsasında yenilənir.

Növbəti mərhələdə Kənd Təsərrüfatı Nazirliyinin qiymət məlumat bazası heyvandarlıq, taxılçılıq, texniki bitkilər və digər kənd təsərrüfatı məhsulları üzrə qiymətləri, habelə fermerlərin sahədən satış qiymətlərini özündə əks etdirəcək.




Tags:  Bakı bazarlarında qiymətlər


RƏYLƏR


Top news