Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Faiq Ağayev: "Konfet alanda rus konfetini seçirik..."

Faiq Ağayev: "Konfet alanda rus konfetini seçirik..."

Date: 14 December 2015 18:32

Azərbaycanın xalq artisti, "Səs Azərbaycan" musiqi yarışının münsiflər heyətinin üzvü Faiq Ağayev iştirakçıların daha çox əcnəbi mahnılara yer vermələri barədə iradlara münasibət bildirib.

Publika.az xəbər verir ki, Faiq Ağayev bu məsələ ətrafında yaranan suallara yarışın mətbuat xidməti tərəfindən cavab verilməsini məqsədəuyğun sayıb.  
                       
Bununla belə, F.Ağayev müsabiqənin dəyişilməz qaydalarının olduğunu diqqətə çatdırıb:
 
"Bu yarışın hüquqları Hollandiyanın "Talpa" şirkətinə məxsusdur və şirkətin qaçılmaz tələbləri, qaydaları var. "Görmədən dinləmələr" mərhələsində bütün ölkələrdə - Türkiyədə, Rusiyada, o cümlədən, yarışmanın ilk dəfə keçirildiyi Azərbaycanda da, ingilis dilində olan mahnılar çoxluq təşkil edir. Daha sonra ingilis və yerli dildə olan mahnıların nisbəti dəyişir. Yanvarın 1-dən "Döyüş" mərhələsinə girəcəyik. Onda görəcəksiz ki, Azərbaycan dilində olan mahnıların sayı çoxdur.

Digər tərəfdən mahnı seçimində iştirakçılara heç bir təzyiq yoxdur. Hamı görür ki, kim Azərbaycan dilində oxumaq istəyirsə, gəlib oxuyur. İştirakçılar qarşısında heç bir məhdudiyyət qoyulmur. Mən ustad münsifəm, bizim bu məsələlərə təsir göstərmək gücümüz yoxdur.

Ümumiyyətlə, bu nə xasiyyətdir, bilmirəm? Konfet alanda rus konfetini seçirik, avtomobil alanda alman avtomobilinə üstünlük veririk, kolbasa alanda, yenə Rusiyaya müraciət edirik. Bizim niyə özümüzü sevməyi bacarmadığımızı başa düşmürəm. İradları olanlar oturub, Gürcüstanda, Ukraynada, Türkiyədə və Azərbaycanda "Görmədən dinləmələr" mərhələsini izləsələr, görəcəklər ki, bu mərhələdə ingilis dilində olan mahnılar çoxluq təşkil edir. Niyə başqalarına olar, özümüzə yox? Bax bu, tamam başqa məsələdir".

Milli.Az


Tags:  Faiq Ağayev Konfet alanda rus konfetini seçirik


RƏYLƏR


Top news