Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Tarix fənninin başqa fənlərə inteqrasiyası” layihəsi çərçivəsində növbəti görüş

“Tarix fənninin başqa fənlərə inteqrasiyası” layihəsi çərçivəsində növbəti görüş

Date: 14 December 2015 19:18


Bakı, 14 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində “Tarix fənninin başqa fənlərə inteqrasiyası “Milli Azərbaycan Tarixi Muzeyinin eksponatları əsasında” layihəsi çərçivəsində növbəti görüş olub.
Milli Azərbaycan Tarixi Muzeyindən AZƏRTAC-a bildiriblər ki, Nəsimi rayonu Texniki Humanitar liseyinin V, IX və X sinif şagirdlərinin iştirak etdikləri görüşdə muzeyin aparıcı elmi işçisi Nardanə Yusifova layihənin məqsədi, layihədə iştirak etmək imkanları və s. haqqında məlumat verib.
Sonra şagirdlər muzeyi ziyarət ediblər.


Tags:  Tarix fənninin başqa fənlərə inteqrasiyası layihəsi çərçivəsində növbəti görüş


RƏYLƏR


Top news