Lənkəran Dövlət Dram Teatrında uşaqlar üçün hazırlanmış yeni tamaşanın premyerası olub

Lənkəran Dövlət Dram Teatrında uşaqlar üçün hazırlanmış yeni tamaşanın premyerası olub
19:18 14 Dekabr 2015
17 Digər
Ölkə mətbuatı
A- A+


Lənkəran, 14 dekabr, Bağır Əliyev, AZƏRTAC
Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında yazıçı-jurnalist Ağaddin Babayevin “Comərdin hünəri” nağıl-tamaşasının premyerası olub.
AZƏRTAC xəbər verir ki, uşaqlar üçün nəzərdə tutulmuş səhnə əsərində sadə həyat tərzi keçirən, çörəyini halallıqla qazanan Comərdin igidliyindən söhbət açılır.
Ağlı, zəkası və dərrakəsi hesabına bir sıra maneələr aşan Comərd bədheybət Divin mağarada dustaq saxladığı Padşahın Hürü adlı qızını azad edərək, onu sağ-salamat ailəsinə qaytarır.
Uşaqların maraqla izlədikləri tamaşanın quruluşçu-rejissoru Əməkdar Artist Təvəkkül Əliyev, quruluşçu rəssamı Fuad Babazadə, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.
Əsas rolları aktyorlardan Şahrud Mehdiyeva, Qızılgül Quliyeva, Əbülfəz Axundov, Emin Fərzullayev, Emil Rzayev, Niftulla Əsgərov, Hikmət Cəfərov, Şəbnəm Hüseynova, Günel Abbaszadə ifa edirlər.




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Lenkeran_Dovlet_Dram_Teatrinda_usaqlar_uchun_hazirlanmis_yeni_tamasanin_premyerasi_olub-911210

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR