Bakı şəhər musiqi kollektivlərinin festivalına start verilib

Bakı şəhər musiqi kollektivlərinin festivalına start verilib
19:28 14 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 14 dekabr, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə mədəniyyət müəssisələrinin, özfəaliyyət işinin, milli musiqi və folklor janrının inkişaf etdirilməsi məqsədi ilə Bakı şəhər musiqi kollektivlərinin festivalına start verilib. Festival dekabrın 28-dək davam edəcək.
İdarədən AZƏRTAC-a bildirilib ki, 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş festivalın seçim mərhələsi dekabrın 14-də Badamdar qəsəbə mədəniyyət evində keçirilib. İlk seçim turunda 12 mədəniyyət müəssisədən 15 musiqi kollektivi çıxış edib.
Qeyd edək ki, festivala ümumilikdə 41 mədəniyyət müəssisəsindən 46 musiqi kollektivi qatılıb. Festivalın seçim mərhələsi dekabrın 16-dək Mərdəkan mədəniyyət sarayında davam edəcək.





Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Baki_seher_musiqi_kollektivlerinin_festivalina_start_verilib-911218

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR