Qubada tarixi Gümbəzli hamamı amerikalılar bərpa edəcək. ANS PRESS-in şimal bürosunun məlumatına görə, bununla bağlı bu gün Qubada Amerika səfirinin iştirakı ilə layihənin təqdimatı baş tutub.
Birləşmiş Ştatlar Quba şəhərində yerləşən, inşası 18-19-cu əsrlərə gedib çıxan qədim Gümbəzli hamamı tarixiliyini qorumaq məqsədilə əsaslı bərpa və təmir edəcək. Bə məqsədlə Qubaya səfər edən ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta yeni layıhənin təqdimatını edib.Təqdimat mərasimində 1985-ci ilədək Quba əhalisinin istifadəsində olan bu tarixi hamamın bərpasının vacibliyi vurğulanıb.Qubanın İcra başçısı Yaşar Məmmədov ABŞ hökümətinin Azərbaycanın bu qədim şəhərində tarixi - 6 otaq, 2 qapı və 8 pəncərədən ibarət olan hamamı bərpa etmək məqsədini təqdirəlayiq hal hesab edib. ABŞ səfiri Robert Sekuta bunu ANS-ə ekskulziv müsahibəsində belə vurqulayıb
"Bu bizim Azərbaycanda bu xüsusda həyata keçirtdiyimiz bu nov ilk layihədir. Bu ABŞ dövlət departamentinin, Amerka səfirliyi vaistəsilə qurumlara veriləcək. Hesab edirəm ki, bu ABŞ-ın mədəniyyət sahəsində Azərbaycana veriyi əhəmiyyətli bir işdir",- deyə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta bildirib.
Səfir və digər iştirakçılar Gümbəzli hamama baxış keçirib, yeni layihənin sxemi və həyata keçirilmə mexanizmi ilə tanış olublar. Səfir ANS-ə müsahibəsində onu da bildirib ki, 2016-cı ilin may ayında Azərbaycanda Amerika günləri keçirləcək, iki ölkənin mədəni əməkdaşlığına yeni çalarlar qatılacaq.