Üç dövlətin Tiflis görüşü

Üç dövlətin Tiflis görüşü
23:11 14 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin görüşü keçiriləcək.

ANS PRESS-in məlumatına görə, görüş dekabrın 21-22-də Tiflisdə keçiriləcək. Bu barədə Gürcüstanın xarici işlər naziri Giorgi Kvirikaşvili jurnalistlərə açıqlamasında bildirib.

Nazir bildirib ki, üçtərəfli görüşdə əməkdaşlığımızın bir çox istiqamətlərdə aktual məsələlər müzakirə olunacaq: "İlk növbədə ölkələrimiz arasında strateji tərəfdaşlıq, həmçinin iqtisadi əməkdaşlıq, o cümlədən Bakı-Tiflis-Qars dəmir yolunun tikintisinin vəziyyəti və "İpək Yolu" layihəsi üzrə əməkdaşlıq çərçivəsində digər nəqliyyat-loqistika layihələri və başqa vacib məsələlər müzakirə olunacaq".


Giorgi Kvirikaşvili - Gürcüstanın xarici işlər naziri


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Mövlud Çavuşoğlu ilə Bakıda keçirilən görüşdən sonra ilin sonunadək 3 ölkənin xarici işlər nazirlərinin görüşünün təşkili barədə razılığın əldə olunduğunu bildirib.

Gürcüstanın xarici işlər naziri Tamar Beruçaşvili Azərbaycan və Türkiyə həmkarları ilə üçtərəfli görüşdə iştirak etmək üçün gələn həftə Türkiyəyə səfər edəcək.

Nazirlər sonuncu dəfə 2014 –cü ilin dekabın 10-da Türkiyənin Qars şəhərində bir araya gəliblər.

Görüş çərçivəsində regional əməkdaşlığın ümumi maraqlar üzrə inkişaf perspektivləri, regional stabillik və təhlükəsizliyin möhkəmləndirilməsi, həmçinin əvvəlki görüşlərdə qəbul olunan qərarların müzakirələri həyata keçirilib.

Üç ölkənin xarici siyasət idarələrinin rəhbərlərinin birinci görüşü 2012-ci ildə Trabzon şəhərində, ikinci görüş isə 2014-cü ilin fevral ayında Gəncədə baş tutub.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367235

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR