Balakəndə ər-arvad dəm qazından zəhərləndi

Balakəndə ər-arvad dəm qazından zəhərləndi
23:59 14 Dekabr 2015
38 Ölkə
Ölkə mətbuatı
A- A+

Balakəndə ər-arvad dəm qazından zəhərlənib. Balakən Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, dekabrın 14-ü axşam saat 21 radələrində rayonun Mahmalar kənd sakinləri, 1966-cı il təvəllüdlü Vahid Əsildar oğlu Taşov və onun həyat yoldaşı 1972-ci il təvəllüdlü Maya Qədisəddin qızı Taşova zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olublar.

Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, ər-arvad yaşadıqları evin həyətyanı sahəsində tikilmiş hamamda dəm qazından zəhərləniblər. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən ər-arvadın vəziyyətinin orta-stabil olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225191

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR