Türkiyənin Qarabağ bəyanatı Rusiyanı özündən çıxartdı

Türkiyənin Qarabağ bəyanatı Rusiyanı özündən çıxartdı
03:06 15 Dekabr 2015
157 Digər
Ölkə mətbuatı
A- A+

"Türkiyənin Dağlıq Qarabağla bağlı bəyanatı destruktivdir və bunun heç bir davamı yoxdur".

ANS PRESS-in məlumatına görə, bunu Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç "Rossiya 24" telekanalının efirində deyib.

ATƏT-in Türkiyənin bu cür mövqeyini dəstəkləmədiyini deyən Rusiya nümayəndəsinin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həllində aparıcı rol ATƏT-in Minsk qrupuna tapşırılıb.

"Ciddi anlaşılma var ki, 3 həmsədr ölkə Rusiya, ABŞ və Fransa Minsk Qrupunun üzvləri ilə bərabər əsas yükü daşıyırlar. Yeri gəlmişkən, bura Türkiyə də daxildir. Amma əsas iş üç həmsədrə verilib. Elə bu səbəbdən də Dağlıq Qarabağ münaqişəsində tərəflərdən birini müdafiə etmək cəhdləri destruktivdir və bunun heç bir davamı yoxdur", - deyə Lukaşeviç bildirib.

Qeyd edək ki, Türkiyənin baş naziri Əhməd Davudoğlu bəyan etmişdi ki, Türkiyə Azərbaycanın işğal edilmiş torpaqlarının geri qaytarılması üçün əlindən gələni edəcək.

"Qardaş Azərbaycan ilə tarixi münasibətlərimizi, Qafqaz geosiyasətinə, hər iki ölkənin marağına uyğun şəkildə davam etdirəcəyik. Dağlıq Qarabağ başda olmaqla Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün hər şey edəcəyik", deyə Davudoğlu bildirmişdi.


Əhməd Davudoğlu - Türkiyənin baş naziri

1980-cı illərin sonunda və 1990-cı illərin əvvəlində Dağlıq Qarabağda baş verən etnik qarşıdurmalar və Ermənistanın Dağlıq Qarabağ Muxtar Vilayətini özünə birləşdirmə tələbləri Ermənistanla Azərbaycan arasında müharibəyə səbəb olur.

Ermənistan ordusu DQMV-ni və ona qonşu 7 rayonu (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) işğal edir. 1994-cü ildə Bişkekdə atəşkəs sazişi imzalanır. Dağlıq Qarabağda separatçı rejim 1991-ci ildə müstəqillik elan edir.

Heç bir beynəlxalq qanunun hüquqi tələblərinə cavab verməyən bu "müstəqillik" indiyə kimi haqlı olaraq dünyada heç bir ölkə tərəfindən tanınmayıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367284

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR