Bundan sonra tələbələr təhsil haqqını belə ödəyəcək

Bundan sonra tələbələr təhsil haqqını belə ödəyəcək
03:36 15 Dekabr 2015
62 Digər
Ölkə mətbuatı
A- A+

Ödənişlərin şəffaflışdırılması ilə bağlı Hökumət Ödəniş Portalı (HÖB) layihəsi gerçəkləşdirliib.

ANS PRESS-in məlumatına görə, Mərkəzi Bank və Təhsil Nazirliyinin birgə hazırladığı yeni Hökumət Ödəniş Portalı (HÖB) layihəsi fəaliyyətə başlayır.

Bu layihə birbaşa olaraq təhsil haqlarının toplanılması prosesində şəffaflığın təmin olunması və toplanmış maliyyə vəsaitlərinin zəmanətli şəkildə müvafiq hesablara yerləşdirilməsinə maraqlı olan bütün ali təhsil müəssisələri həmçinin digər müvafiq struktur bölmələri müraciət etməklə yaradılmış infrastruktura qoşula bilərlər.

Mərkəzləşdirilmiş bu layiəhə qoşulmuş istənilən qurumlar istənilən vaxt qəbul edilmiş ödənişləri hər bir əməliyyat gününün sonunda toplanmış vəsaitlərin müvafiq hesablara çatdırılması üzrə elektron üzləşmə aparılır və bu haqda mərkəzi informasiya sisteminə məlumat ötürülür.

Həmin maliyyə vəsaitləri isə ödəniş edilən müəssisələrin hesablarına xidmət göstərən Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinə çatdırılır.

Həmçinin bildirilir ki, Təhsil Nazirliyi ilə həyata keçirilən bu layihə Naxçıvan Muxtar Respublikası daxil olmaqla, ölkənin istənilən regionunda “Azərpoçt” MMC-nin və 42 bankın 2000-ə yaxın ödəniş məntəqəsində və infrastruktura inteqrasiya olunmuş ödəniş terminallarında nağd formada, həmçinin ödəniş kartlarından istifadə etməklə HÖP-ün internet resursları və “Elektron Hökumət” portalı vasitəsilə nağdsız formada ödənişlərini həyata keçirmək imkanından yararlanmaq mümkündür.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=367278

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR