Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan nümayəndə heyəti Fransanın Evian Su Zavodunda olub

Azərbaycan nümayəndə heyəti Fransanın Evian Su Zavodunda olub

Date: 15 December 2015 05:33


Evian-Le-Ba, 15 dekabr, AZƏRTAC
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqovun rəhbərlik etdiyi nümayəndə heyəti Fransanın Evian şəhərində səfərdədir.
Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində Evian Su Zavodunda olub. Zavodun fəaliyyəti ilə tanışlıq zamanı oxşar təbiətə malik İsmayıllı və Evian şəhərlərinin təbii ehtiyatlarla zəngin olduğu vurğulanıb. Həmçinin Azərbaycanda sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin yaxşılaşdırılmasının, yüksək keyfiyyətli, rəqabət qabiliyyətli məhsulların istehsalının dövlətin iqtisadi inkişaf strategiyasının əsas prioritetlərindən olduğu diqqətə çatdırılıb.
Su zavodunun istehsal fəaliyyətini izlədikdən sonra tərəflər gələcək əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıblar.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Evian-Le-Ba



Tags:  Azərbaycan nümayəndə heyəti Fransanın Evian Su Zavodunda olub


RƏYLƏR


Top news