Terrorizmə qarşı İslam koalisiyası yaradılıb

Terrorizmə qarşı İslam koalisiyası yaradılıb
07:42 15 Dekabr 2015
42 Digər
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanı 34 ölkənin iştirakı ilə terrorizmə qarşı İslam koalisiyasının yaradıldığını bəyan edib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə "ArabiaTV" telekanalı xəbər verib.
 
Koalisiyaya Səudiyyə Ərəbistanı, Türkiyə, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan, Banqladeş, Bəhreyn, Benin, Çad, Toqo, Tunis, Cibuti, Seneqal, Sudan, Syerra-Leone, Somali, Qabon, Qvineya, Fələstin, Komor adaları, Qətər, Fil Dişi Sahili, Küveyt, Livan, Liviya, Mali, Maldiv adaları, Malayziya, Misir, Mərakeş, Mavritaniya, Niger, Nigeriya və Yəmən daxildir.
 
Hərbi alyansın qərargahı Ər-Riyadda yerləşəcək. "Koalisiya fəaliyyətini böyük dövlətlər və beynəlxalq təşkilatlarla əlaqələndirəcək. Antiterror koalisiyasının hədəfində yalnız İŞİD deyil, digər terror qruplaşmaları da olacaq", deyə Səudiyyə Ərəbistanının müdafiə naziri Məhəmməd bin-Salman bildirib. 
 
Qeyd edək ki, ABŞ-ın rəhbərliyi altındakı beynəlxalq koalisiyaya 65 ölkə daxildir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/390276.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR