Azərbaycanın ilk qadın bəstəkarının ad günüdür

Azərbaycanın ilk qadın bəstəkarının ad günüdür
07:47 15 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın ilk qadın bəstəkarı Ağabacı Rzayevanın ad günüdür. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Ağabacı İsmayıl qızı Rzayeva 15 dekabr 1912-ci ildə Bakıda musiqiyə dərin hörmət bəslənilən ziyalı ailəsində anadan olub. Atası İsmayıl ixtisasca iqtisadçı olsa da, muğamların sirlərinə yiyələnmiş, onları tarda çalmağı öz atası. məşhur tarzən Mirzə Fərəcdən (15 mart, 1847-26 mart, 1927) öyrənib. 

Ağabacı babasının vəfatından sonra əvvəlcə Pedaqoji texnikumu bitirib (1929), bir neçə il Saray, Kürdəxanı və Maştağa kəndlərində müəllimlik edir. Lakin o, uşaqlıqdan sevdiyi musiqidən heç cür ayrıla bilmirdi. Yaxşı səsi olan qızları başına yığıb xor yaradır, özü də onları tarda müşayiət edirdi. Maştağada yerli radio qovşağı yaradılarkən gənc müəllimənin təşəbbüsü və yaxından iştirakı ilə xəbərlər arasında musiqi nömrələri də verilərdi. 

A. Rzayeva musiqi-maarifçilik işini ömrünün sonuna kimi davam etdirmişdi. 1934-cü ildə əvvəlcə konservatoriyanın nəzdində xalq musiqisi şöbəsi təşkil olunarkən Üzeyir bəy Ağabacı ilə bacısı Ruqiyyəni öz yanına çağırtdırıb, adəti üzrə bığlarını tumarlaya-tumarlaya deyir: "Qoçaq qızlarsız, heç kəs öz qızını tar çalmağa qoymur, özümüzünkülər gəlsə, başqaları da baxıb həvəsə düşərlər". Ağabacı xanım not çalğısı üzrə ali təhsilli tarzən və bəstəkar Səid Rüstəmovdan, muğam üzrə Mirzə Mənsur Mənsurovdan dərs alır. Azərbaycan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəyovun kompozisiya sinifində təhsil almış, onun ən sevimli tələbələrindən biri olub. Musiqi-nəzəri fənlərdən isə ona Ü.Hacıbəyov, Ə.Bədəlbəyli və C.Hacıyev dərs deyirlər. Bir il sonra o, Üzeyir Hacıbəyovun yaratdığı ilk notlu xalq çalğı alətləri orkestrinə qəbul olunur, 1938-ci ildə isə Moskvada keçirilən Azərbaycan incəsənəti dekadasında iştirak edir. O, həm Azərbaycanda, həm də bütün Şərqdə peşəkar musiqi təhsilini almış ilk qadın-bəstəkardır. Onun ardınca digər istedadlı qızlar da (Ədilə Hüseynzadə, Hökümə Nəcəfova, Şəfiqə Axundova) bəstəkarlıq sahəsinə gəlirlər. 

Onun bəstələdiyi ilk əsər "Gənc vətənpərvərlər marşı" olmuşdur. Mahnı və romans A.Rzayeva yaradıcılığının aparıcı sahəsinə çevrilir. İlk qadın bəstəkarımız klassik və müasir şairlərimizin, aşıqların və digər xalqlara məxsus şer ustalarının yaradıcılığına müraciət etmişdir. Bunlar arasında Nizami, Nəsimi, Füzuli, M.Ş.Vazeh, M.Ə.Sabir, Aşıq Hüseyn, Qaracaoğlan, Əşrəfoğlu, N.Rəfibəyli, İ.Səfərli, Ş.Qurbanov, M.Rahim, Z.Cabbarzadə, Z.Xəlil, M.Dilbazi, T.Elçin, M.Araz, T.Mütəllimov və başqalarının şeirləri onun bəstəkar qəlbini ilhamlandırmışdı. Bundan başqa, bəzən Ağabacı Rzayeva özü də şairliyə meyl etmiş, bəzi mahnıları öz sözlərinə bəstələmişdir - "Durna qatarlı qızlar". A.Rzayeva başqa həmkarlarından fərqli olaraq, Üzeyir Hacıbəyovun ölümünün ildönümü ilə əlaqədar Hüseyn Abbaszadənin sözlərinə "Sənin xatirən" adlı qəzəl-romans yazır və unudulmaz müəlliminin əziz xatirəsini əməli yaradıcılıq işilə anaraq, ona qarşı bəslədiyi səmimi hisslərini ifadə edir. 

Böyük Vətən müharibəsi illərində sənətkarın rübabı susmamış, xalqımızın qəhrəmanlıq şücaətini və vətənpərvərlik hisslərini tərənnüm etmişdir; "Vətən", "Partizan oğlu", "Qəhrəman ananın qəhrəman oğlu", "Sevgilim əsgər gedir", "Gözləyəcəyəm, sevgilim" doğma Vətənə dərin məhəbbət hissləri ilə aşılanmışdır. 

Bəstəkarın qəhrəman neftçilərimizin əmək şücaətini tərənnüm edən "Neftçi Qurban", ata-anaların gözlərini sevincdən yaşardan "Evimizə gəlin gəlir", "Oxuma gözəl", "Çoban Qara", balaca qızların gözləri qarşısında şirin və möcüzəli bir aləm açan "Kukla", "Qaranquş", "Ağ göyərçinim", "Sabahın ustaları", "Balaca kapitan", "Qərənfiləm mən" və s. əsərləri milli mədəniyyətimizdə layiqli yer tutur. İlk dəfə Moskvada oxunan "Kukla" mahnısı ona xalqın rəğbətini qazandırmışdır. Ağabacı Rzayeva bir çox mahnı və romansların, həmçinin "Höcət eləmə" (1965, İsmayıl Quliyevlə birgə) musiqili komediyasının, "Ögey ana" dramı, Xalq Çalğı Alətləri Orkestri, simli kvartet üçün pyeslərin, simfonik əsərlərin,Nəsiminin sözlərinə 7 romansın və s. əsərlərin müəllifidir. İfa olunmamış əsərləri İncəsənət Arxivində saxlanılır. 

A.Rzayevanın könül təranələrini ifa etmiş müğənniləri sadalamaqla bitməz - Bülbül, R.Behbudov, Ş.Ələkbərova, R.Muradova, G.Məmmədov, F.Mehrəliyeva, M.Salmanov, T.Əliyeva, T.İsmayılova, L.İmanov və b. O, geniş kütlələrə ünvanlanan bir sıra əsərlərini xor üçün bəstələmişdi ("Çiçəklənən yurdum", "Azərbaycan", "Bəxtiyar ellər", "Dilbərim"). Azərbaycan caz-muğam sənətinin əsasını qoymuş unudulmaz pianoçu Vaqif Mustafazadə də zaman-zaman bəstəkarın mahnılarına müraciət etmiş, məsələn, "Ey pəri" və "Evimizə gəlin gəlir" kimi məşhur mahnılarına bənzərsiz möhür vurub. 

A.Rzayeva öz yaradıcılığının janr diapazonunu genişləndirməyə də can atmışdır. Bu mənada onun musiqili səhnə əsərlərini ("Günəş eşqi", "Höcət eləmə"), variasiyalarını, iki sonatasını, qaboy, tar və kamança alətləri üçün yazdığı pyesləri, xalq çalğı alətləri üçün "Şənlik" süitasını da qeyd etmək olar. Xalq çalğı alətləri orkestrinin tərkibinə klarnet alətinin salınması da Ağabacı Rzayevanın adı ilə bağlıdır. Ağabacı Rzayeva respublikanın içtimai həyatında da fəal iştirak etmişdir. 

O, bir neçə çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuş, 2 dəfə "Qırmızı Əmək Bayrağı" ordeni, "Şərəf Nişanı" ordeni və müxtəlif medallarla təltif olunub. 1960-cı ildə ona əməkdar incəsənət xadimi fəxri adı verilib. 5 iyul 1975-ci ildə (63 yaşında) Bakıda vəfat etmiş bəstəkar 2-ci Fəxri Xiyabanda torpağa tapşırılıb.

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Zaur Antalyada saxlanıldı, deportasiya edilir

26 May 2017 09:47

KİV: Donald Trampın kürəkəni Cared Kuşner FTB-nin nəzarəti altındadır

26 May 2017 09:47

İslamidada itən idmançıların ölkələrinə qayıtmama səbəbi

26 May 2017 09:47

Bu həftə "V Element" Islamiadaya həsr olunacaq - VİDEO

26 May 2017 09:42

FTB Trampın kürəkəni ilə bağlı araşdırmaya başladı

26 May 2017 09:38

ABŞ-ın Qərbi Hollivud şəhərində 28 may “Azərbaycan Milli Günü” elan edilib

26 May 2017 09:37

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının əsas göstəriciləri (26.05.2017)

26 May 2017 09:37

Kriştianu Ronaldu 5 il müddətinə həbs oluna bilər

26 May 2017 09:37

Azərbaycan nefti 1 dollar ucuzlaşıb

26 May 2017 09:37

"Məni 17 yaşım olanda qaçırtdılar", "Namusunu əvvəldən təmiz saxlayaydın da"....

26 May 2017 09:37

BNA-dan 81 saylı marşrut avtobusunun piyadanı vurmasına münasibət

26 May 2017 09:36

Qızları oğurlayıb seks köləsi edən, doğulan uşaqları terrorçu kimi böyüdən təşkilat barədə ŞOK FAKTLAR

26 May 2017 09:33

Dünya birjalarında qızıl bahalaşdı

26 May 2017 09:33

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (26.05.2017)

26 May 2017 09:32

Mustafa Ceceli boşandı

26 May 2017 09:32

“Respublikası Günü” və Azərbaycan Respublikasının BMT-yə üzvlüyünün 25-ci ildönümü ilə əlaqədar Nyu-Yorkda rəsmi qəbul keçirilib (FOTO)

26 May 2017 09:29

Cəbhədən YENİ XƏBƏR

26 May 2017 09:27

Qızıl 2 dollaradək bahalaşdı

26 May 2017 09:27

Azərbaycan klubu “Dinamo” ilə qarşılaşacaq

26 May 2017 09:22

Millimiz Ukraynaya qarşı

26 May 2017 09:17

"Yuventus" hücumçusu ilə müqavilə yenilədi

26 May 2017 09:17

Azərbaycan Beynəlxalq Bankı dəftərxana ləvazimatları almaq istəyir

26 May 2017 09:17

MN: Mövqelərimiz iriçaplı pulemyot və minaatanlardan 130 dəfə atəşə tutulub

26 May 2017 09:15

Bu günün TƏQVİMİ

26 May 2017 09:13

Cəbhədən xəbər var

26 May 2017 09:13

Şahdağ Turizm Mərkəzində təchizat zəncirinin idarə edilməsinə ehtiyac var

26 May 2017 09:12

Unibankdan Respublika gününə xüsusi kredit kampaniyası

26 May 2017 09:08

Bakı sakini qonşusu tərəfindən döyülərək xəsarət alıb

26 May 2017 09:07

Ermənistan silahlı bölmələri atəşkəsi 130 dəfə pozub

26 May 2017 09:07

Azərbaycan Mərkəzi Bankı kotirovka sorğusu keçirir

26 May 2017 09:07

Təkrarsız El - FOTO

26 May 2017 09:05

“Aqrolizinq” nizamnamə kapitalını artırır

26 May 2017 08:57

Gilasın inanılmaz faydaları

26 May 2017 08:57

Cəmi 4 ay davam etdi - FOTO

26 May 2017 08:52

4 uşaq anasının bədəni təəccübləndirdi - FOTO

26 May 2017 08:52

La Liqa klubu Eskriba ilə əməkdaşlığı davam etdirəcək

26 May 2017 08:52

Elmar Məmmədyarov: "Azərbaycan sülh, təhlükəsizlik və dayanıqlı inkişaf yolunda birgə səylərə həqiqətən töhfə verən fəal və güclü tərəfdaşdır"

26 May 2017 08:52

Kompüteriniz üçün maraqlı şəkillər - FOTOSESSİYA

26 May 2017 08:47

Bakıda torpaq ucuzlaşdı

26 May 2017 08:43

Bakıda yol qəzası baş verib: ölənlər və yaralananlar var

26 May 2017 08:42

At gənc oğlana ağır xəsarət yetirib

26 May 2017 08:42

Dünyada ən bahalı kimyəvi maddələr - QIZIL 10-luq - FOTOLAR

26 May 2017 08:38

ABŞ-da məktəbli avtobusu qəzaya uğrayıb: 11 yaralı

26 May 2017 08:32

Bakıda 30 yaşlı kişi naməlum şəxslər tərəfindən döyülüb

26 May 2017 08:22

Mançesterdə terror aktı ilə bağlı 10-cu şübhəli şəxs saxlanılıb

26 May 2017 08:22

Braziliyada 91 məhbus həbsxanadan qaçıb

26 May 2017 08:17

Bakıda torpaq ucuzlaşıb

26 May 2017 08:15

Filippində zəlzələ

26 May 2017 08:13

Deputat: İslamiada xalqımızın, qonaqların yaddaşına gözəl xatirə kimi həkk olundu

26 May 2017 08:08

Zukerberq Harvardı tərk etməyindən 12 il sonra elmi dərəcə alıb

26 May 2017 08:05