ATƏT-in nümayəndələri Qazax rayonunun yaxınlığındakı təmas xəttində monitorinq keçirəcəklər VİDEO

ATƏT-in nümayəndələri Qazax rayonunun yaxınlığındakı təmas xəttində monitorinq keçirəcəklər   VİDEO
10:28 15 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 dekabr, AZƏRTAC
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq dekabrın 16-da Azərbaycan Respublikasının Qazax rayonunun Bala Cəfərli kəndi yaxınlığındakı təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Piter Svedberq və Saymon Tiller keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov və Jiri Aberle nəzarət edəcəklər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/ATAT_in_numayendeleri_Qazax_rayonunun_yaxinligindaki_temas_xettinde_monitorinq_kechirecekler_VIDEO-911261

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR