Hondurasın futbol yığması və "Olimpiya" klubunun dayaq yarımmüdafiəçisi Arnold Fabian Peralta Sosanın qatilləri hələ də tapılmayıb.
Milli.Az El Mundo-ya istinadən bildirir ki, 26 yaşlı futbolçu La-Seyba şəhərindəki ticarət mərkəzlərindən birinin avtodayanacağında güllələnib.
Qətl dekabrın 11-də törədilib. Qatil futbolçunun başına atəş açmışdı.
Honduras dünyada kriminogen durumun ən pis olduğu ölkələrdən biridir. Bu ölkədə hər 74 dəqiqədə bir nəfər qətlə yetirilir.
Milli.Az












