Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Alimlər insan həyatını qısaldan peşələri müəyyənləşdiriblər

Alimlər insan həyatını qısaldan peşələri müəyyənləşdiriblər

Date: 15 December 2015 11:28


Bakı, 15 dekabr, AZƏRTAC
Quançjou Universitetinin beynəlxalq mütəxəssislər qrupu 17 il ərzində insanların həyatı ilə məşğul olduğu peşə arasında əlaqələrin olması istiqamətində tədqiqat aparıb.
AZƏRTAC vistanews saytına istinadən xəbər verir ki, tədqiqatlarda 140 min könüllü iştirak edib. Alimlər onların həyat tərzini təhlil edərək müəyyənləşdiriblər ki, bir çox adamlarda ağır iş şəraiti gələcəkdə insultla nəticələnə bilər. Qadınlarda xəstələnmə ehtimalı 33 faiz, kişilərdə isə 22 faiz olub. Uzunömürlülüyə pis qidalanma, mütəmadi olaraq alkoqoldan istifadə, siqaret çəkmək də təsir edir. Bütün bunlar isə peşə fəaliyyəti ilə bağlı stressin nəticəsidir. Bundan başqa, oturaq həyat tərzi və fiziki yorğunluq da insan sağlamlığı üçün yaxşı heç nə vəd etmir.
Tədqiqatlar nəticəsində məlum olub ki, iş dalandarı və şaxtaçı işləmək insan sağlamlığına müsbət təsir göstərir. Ancaq müəllimlər, mühəndislər, xidmət sahələrinin əməkdaşları və ofis işçiləri öz sağlamlıqlarını ciddi təhlükə altına qoyurlar.

Tags:  Alimlər insan həyatını qısaldan peşələri müəyyənləşdiriblər


RƏYLƏR


Top news