Beş yaşadək sağlam uşaqların qidalanmasına dair təlim materialları hazırlanıb

Beş yaşadək sağlam uşaqların qidalanmasına dair təlim materialları hazırlanıb
11:38 15 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 dekabr, AZƏRTAC 
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən 2014-cü ildə icrasına başlanılan “5 yaşadək sağlam uşaqların qidalanmasına dair rəhbərliyin hazırlanması və səhiyyə mütəxəssisləri üçün təlimlərin keçirilməsi” layihəsi uğurla davam edir.
İSİM-dən AZƏRTAC-a verilən məlumata görə, layihə Dünya Səhiyyə Təşkilatının (DST) Avropa Regional Bürosunun texniki dəstəyi ilə həyata keçirilir. Məqsəd hamilə qadınların və beş yaşadək sağlam uşaqların rasional və balanslaşdırılmış qidalanması, eyni zamanda, uşaqlarda qidalanmanın pozulması ilə bağlı xəstəliklərin profilaktikası barədə müasir elmə əsaslanan tövsiyələrdən ibarət rəhbərliyin və pilot təlimlərin keçirilməsi üçün materialların hazırlanmasıdır.
Layihə çərçivəsində beş yaşadək sağlam uşaqların qidalanmasına dair rəhbər vəsait və təlim materialları hazırlanıb. Rəhbər vəsaitin və təlim materiallarının tərtibi üçün UNICEF, DST, ABŞ Qidalanma üzrə Assosiasiyası, Cənubi Avstraliyanın səhiyyə departamenti və qidalanma sahəsində çalışan digər nüfuzlu beynəlxalq təşkilatların protokollarından istifadə edilib, Azərbaycan dilinə tərcümə olunub və yerli tələblərə uyğunlaşdırılıb.
Hazırlanmış rəhbər vəsait və təlim materialları əsasında dekabrın 22-24-də İSİM-də pilot təlimlərin aparılması nəzərdə tutulur. Təlimlərdə ilkin səhiyyə sistemində çalışan 12 həkim-pediatr və 12 tibb bacısı iştirak edərək bilik və bacarıqlarını artıracaqlar. Təlimləri K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun, 2 nömrəli Bakı Baza Tibb Kollecinin və İSİM-in əməkdaşları aparacaqlar.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bes_yasadek_saglam_usaqlarin_qidalanmasina_dair_telim_materiallari_hazirlanib-911289

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR