Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

“Lokomotiv” voleybol klubu turnir cədvəlində liderliyə yüksəlib

“Lokomotiv” voleybol klubu turnir cədvəlində liderliyə yüksəlib

Date: 15 December 2015 12:08


Bakı, 15 dekabr, AZƏRTAC
Qadın voleybol komandalar arasında Azərbaycan Super Liqası yarışlarının ikinci dövrəsinin ikinci turu çərçivəsində bir oyun keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Voleybol Mərkəzində Çempionlar Liqası yarışlarında ölkəmizi təmsil edən “Lokomotiv” komandası liqada müsabiqədən kənar çıxış edən Gürcüstanın “Tbilisi” klubunu qəbul edib.
Azərbaycan təmsilçisinin üstünlüyü şəraitində keçən görüşdə “Lokomotiv” komandası 3:0 hesabı ilə qalib gəlib.
Hazırda turnir cədvəlinə 16 xalla “Lokomotiv” klubu liderlik edir. Hesabında 14 xal olan “Azəryol” və “Telekom” komandaları ilk üçlüyü tamamlayırlar.

Tags:  Lokomotiv voleybol klubu turnir cədvəlində liderliyə yüksəlib


RƏYLƏR


Top news